18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsinlər…”
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərindən heç nə gözləmirəm”.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Birinci vitse-spiker deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyəti öz üzərilərindən atır: “Deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsinlər, biz bunu dəstəkləyək. Ona görə də Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərindən heç nə gözləmirəm”.
Z.Əsgərov qeyd edib ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gələ bilsəydilər, ATƏT-in Minsk qrupuna ehtiyac qalmazdı: “Minsk qrupunun həmsədrləri Ermənistana işğalçı olduğunu, torpaqları azad etməli olduğunu bildirməlidir. Bunu demirlərsə, həmsədrlərdən heç nə gözləmirəm”.
Emtv.az