17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Palatanın bir qrup banklara verdiyi vaxt başa çatır
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində (31 Mayadək) maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər.
İyunun əvvəlində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bir qrup bankların və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirilmişdi. Görüşdə bəzi bankların qanunvericiliyə müvafiq olaraq tələb olunan müddətdə maliyyə hesabatlarını açıqlamamasının səbəbləri və bunların aradan qaldırılması yolları müzakirə edilmişdir.
Banklar hesabatların açıqlanmasında gecikmələrin əsasən auditorlarla olan fikir ayrılığı, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların auditinə dair tələbləri ciddiləşdirməsi ilə bağlı olduğunu qeyd etmişlər.
Buna baxmayaraq, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi bir daha vurğulanmaqla, banklar tərəfindən 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarının dərc olunmasına dair öhdəlik müəyyən olunmuşdu.
“MBNP bankların kənar audit hesabatlarının açıqlanmasını xüsusi olaraq diqqətdə saxlayacaq”,- Palatanın yaydığı məlumatda qeyd edilmişdi.
Emtv.az xəbər verir ki, marja-nın məlumatına görə, bankların vaxtı azalır. Bu gün İyunun 14-dür. Sabah Milli Qurtuluş Günü ilə əlaqədar qeyri-iş günü olduğundan banklar bu gün axşamadək audit hesabatlarının dərc olunmasını təmin etməlidirlər. Banklar qısa müddətdə illik hesabatı öz saytlarında yerləşdirə bilərlər. Hesabatların qəzetlərdə dərci bir neçə gün tələb edə bilər.
Qeyd edək ki, 13 bank texniki səbəblərə, auditorlarla olan fikir ayrılığına və bankların auditinə dair tələblərin ciddiləşdirməsinə görə illik hesabatını vaxtında dərc edə bilməmişdir. Palatanın xəbərdarlığından sonra həmin 13 bankdan yalnız Bank VTB Azərbaycan illik hesabatını rəsmi İnternet səhifəsində yerləşdirib.
Hələ də Bank BTB, AGBank, Azərbaycan Beynəlxalq Bankı, AmrahBank, AtaBank, Bank of Baku, Bank Respublika, Dəmir Bank, NBC Bank, Nikoil Bank, Bank Respublika, TuranBank illik audit hesabatını dərc etməyiblər. Düzdür bu banklar rüblük hesabatlarını saytlarında yerləşdiriblər və həmin hesabatlardan bankların ötən ili necə başa vurduqların öyrənmək mümkündür. Audit hesabatı isə yekun hesabatdır və hesabatın şərh bölməsində digər ətraflı məlumatlar öz əksini tapır.
Qeyd edək ki, digər bir problem bir sıra bankların audit hesabatının saytlarında ingilis dilində yerləşdirmələridir. Banklar bunu audit şirkətlərinin hesabatı ingilis dilində təqdim etmələri ilə əlaqələndirirlər. İllik hesbatın xarici dildə təqdim edilməsi bir çox insanın hesabat ilə tanış olmasını məhdudlaşdırır.
Emtv.az