SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bir neçə dövlət müəssisəsi ləğv olundu

14-06-2017, 10:25 | Oxunub: 8 471 |

Bir neçə dövlət müəssisəsi ləğv olundu
Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindəki “Azelektromaş” Elmi-İstehsalat Birliyinin Elmi-Tədqiqat Elektrotexnika İnstitutu ləğv olunduğu elan edib. Emtv.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z. Xəlil küçəsi 11A ünvanına bildirə bilərlər.

Bundan başqa, Azərbaycan prezidentinin “Standartlaşdırma, Metrologiya, akkreditasiya və patent hüquqi obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10.02.2017-ci il tarixli fərmanına əsasən ləğv edilmiş Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində olan “AzStandartinform” MMC-nin ləğvi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 may 2017-ci il tarixində sərəncam qəbul olunub.

Bununla əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 8 iyun 2017-ci il tarixli əmri ilə Ləğvetmə Komissiyası yaradılıb.

“AzStandartinform” tərəfindən krediti və debitor borcları yaranan müəssisə və təşkilatlar elanını dərc olunduğu gündən 60 gün ərzində Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.

Eyni zamanda, adıçəkilən fərmana əsasən Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində fəaliyyət göstərən “AzSert” MMC ləğv olunub. Bununla əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 8 iyun 2017-ci il tarixli əmri ilə Ləğvetmə Komissiyası yaradılıb. “AzSert” tərəfindən kreditor və debitor borcları yaranan müəssisə və təşkilatlar bu elanını dərc olunduğu gündən 60 gün müddətində Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.


Əlavə olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AZTEST) ləğv edilməsi barədə 04.05.2017-ci il tarixli sərəncamına və komitə sədrinin 07.06.2017-ci il tarixli əmrinə əsasən AZTEST ləğv edildiyini elan edib. AZTEST tərəfindən debitor və kreditor borcları yaranan müəssisə və təşkilatlar iyunun 9-dan 15 gün müddətində Ləğvetmə Komissiyana müraciət edə bilərlər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR