17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Özünü FHN-də nazir müavini postuna hazırlayır - İLGİNC
Neçə müddətdir ki, görəvdən alınacağı haqda informasiyalar yayılan Qaradağ rayon ira hakimiyyətinin başçısı Süleyman Mikayılovun özünü bundan sonra hansı postda görmək istədiyi bəlli olub. Bu barədə mətbuata Qaradağ RİH rəhbərinə yaxın qaynaqlardan informasiya daxil olub.
Məlumat verən mötəbər mənbə iddia edir ki, Süleyman Mikayılov zaman-zaman Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova və nazirin atası, çox hörmətli Fəttah Heydərova müxtəlif jestlər etməkdədir.
Mənbənin söylədikləri: "Süleyman Mikayılov artıq özünü FHN-də nazir müavini postunda görür. Bunu açıq şəkildə ifadə də edir. Hətta icra hakimiyyətində toplantıların birində özünə varis müəyyən etdiyini də bəyan edib. Yəni ondan sonra Qaradağ RİH başçısı postunu kim tutacaq. Hələlik ad açıqlamayıb. Amma hər iki istiqamətdə israrlığı və istəyinin gerçək olacağına əminliyi net şəkildə duyulub".
Onu da bildirək ki, Süleyman Mikayılovla yanaşı Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin də yaxın vaxtlarda vəzifələrindən alınacaqları haqda yerli KİV-lərdə xəbərlər yayılıb.
Emtv.az