18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Deyəsən 28-ci dəfə Həcc ziyarətində olacam" - Şeyxin rekordçu qudası
"Həcc ziyarəti hələ başlamayıb. Başlayan kimi, Allahın izni ilə yenə də Həcc ziyarətinə gedəcəm".
Bunu mətbuata açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə bildirib.
Həcc ziyarətinə getməyi bu il də niyyət etdiyini söyləyən Qalib Salahzadə deyib ki, Allah imkan versə, bunu reallaşdıracaq.
Sabiq deputat indiyədək Həcc ziyarətində neçə dəfə olduğunu da dəqiq bilmədiyini deyib:
"Dəqiq bilmirəm ki, indiydək neçə dəfə Həcc ziyarətində olmuşam. Deyəsən bu dəfə 28-ci dəfə Həcc ziyarətində olacam. Ancaq Milli Məclisin deputatları arasında ən çox Həcc ziyarətində olan mənəm".
Emtv.az