SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“O məclisdə 2 evin, 3-4 maşının pulun qazanmışam” - Namiq Qaraçuxurlu

8-06-2017, 09:53 | Oxunub: 11 331 |

“O məclisdə 2 evin, 3-4 maşının pulun qazanmışam” - Namiq Qaraçuxurlu
"ARB Ulduz"un "Şou məkan" verilişinə qonaq olan Namiq Qaraçuxurlu maraqlı açıqlamalar verib.

Emtv.az-ın məlumatına görə, o, ilk olaraq yeni mahnılarından və meyxanadan bəhs edib:

“Soyuqdur” mahnısından sonra əslində işlər çoxdur. Seçimlər edəcəyik. Çox istəyərəm ki, “İstidir” adlı mahnı gəlsin. İstiyə aid hansısa mahnı gəlsin. Dəniz mövzusunda da, meyxana stilində bir mahnım var. İstəyirəm ki, onu da hazırlayım. Mənim ən çox qazancım meyxanadan olub. Çünki meyxana elə bir şeydir ki, ola bilər ki, sən məclislərə aşağı qiymətə gedirsən. Ancaq elə bir məclisə düşmüşəm ki, mən orda iki mənzilin, üç-dörd maşının pulunu qazanmışam. Azərbaycandan kənarda elə məclislər olub ki, imkanlı biri çıxıb qarşıma və mənim sənətimin pərəstişkarı olub, hörmətini edib. Ona görə meyxana mənim üçün qazanclı olub. Mən qazanca meylli adam deyiləm. Ola bilər ki, zamanında heç nəyim olmayanda çalışmışam ki, qazanım. İndi varım-dövlətim, bahalı evim və maşınım olmasa da, dolanıram, bu mənə bəs edir. Hazırda mən musiqiyə daha çox meylliyəm. Daha çox lirikaya meylliyəm. İllərdir ki, 6-8 ritmi ilə yazıram. Lirik mahnılar çox yazandan sonra 6-8 rahat gəlir”.

Meyxanaçı vaxtilə onu topa tutanların indi özlərinin musiqiyə yönəlməsindən danışıb:

“Mən o vaxt da bilirdim nə var, nə yox, indi də bilirəm. Mən nəyisə dəqiq biləndən sonra heç kimə qulaq asmıram. O vaxt da meyxanadan musiqiyə keçməyə birmənalı baxmayanlar meyxana verilişi edirdilər. Ancaq verilişin anonsunu musiqili hazırlayırdılar. Meyxanaçılar içərisində seçilən bir insan olmuşam. Zamanında klip çəkdirmişəm, mahnılar, duetlər oxumuşam. Bu bariyeri keçmiş adamam. Siz indi meyxanaçılardan rahat müsahibə ala bilirsiz. Ancaq o vaxtlar bu, çətin idi. Mənim sahəmdə hələki heç kimi görmürəm. Arzulayıram. Pərviz Bülbülə, Rəşad Dağlı, Vüqar Biləcəri, Orxan Lökbatanlı, Pərviz Sabirabad və s var. Sevinirəm ki, digərləri ilə müqayisədə Pərviz efirlərdə daha tez-tez görünür. Ancaq söhbət toy bazarından gedirsə, hələki orda heç kimi görmürəm. Görsəm, narahat olaram”.

Sonda isə Namiq həmkarlarına tövsiyələr edib:

“Meyxanaçılar var ki, istedadlıdırlar, ancaq musiqini elə də gözəl bilmirlər. Oxuyanda xaric oxuyurlar. Çox istəyərdim ki, püxtələşsinlər. Mahnılarını mükəmməl aranjiman elətdirsinlər. Mən bir mahnının aranjimanına 1500-2000 manat xərcləyirəm. Ancaq meyxanaçıların əksəriyyəti 100-200 manatla bu məsələni həll edirlər. Bu gün Azərbaycanda elə verilişlər var ki, utanıram, getmək istəmirəm. Məcbur gedirəm. İndi mən həmin verilişlərə yox deyəndə, başqa meyxanaçıları çağırırlar”.



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR