SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bərdədə sahibkarlar incidilir? — DYP əməkdaşlarından şikayət

8-06-2017, 09:30 | Oxunub: 6 328 |

Bərdədə sahibkarlar incidilir? — DYP əməkdaşlarından şikayət
Sahibkar Bərdə rayon DYP-nin və rayon polis şöbəsinin əməkdaşlarının sahibkarları işləməyə qoymadığını iddia edib.

Emtv.az xəbər verir ki, bu barədə qaynarinfo-ya kiçik sahibkarlıqla məşğul olan Elnur Əliyev məlumat verib.

O, taxta daşınması və emalı ilə məşğul olduğunu, sürücüsünün avtomobilinin bir müddət öncə dayandırılaraq yüklə birgə bir həftə cərimə meydançasında saxlandığını və çıxarıldıqdan sonra yenidən oraya aparıldığını bildirib. Bu səbəbdən işlərinin tamam dayandığını və sürücü ilə aralarında mübahisə yarandığını deyib.

Elnur Əliyev onunla bərabər Bərdədə bu problemlə qarşılaşan başqa sahibkarın da olduğunu bildirib.
Bu barədə məlumat verən Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri İlqar Əliyev rəsmi qurumların mövcud problemlə yaxından maraqlanmalı olduğunu bildirib:

“Təkcə DYP deyil, eyni zamanda rayon polis şöbəsinin əməkdaşları bir neçə sahibkarı incidir və onların işləməsi üçün müəyyən şərtlər qoyurlar. Şərtləri isə aylıq 400 manat almaqdır. Onlar da bu məsələdən təngə gələrək bizim vasitəmizlə prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Sözügedən qurumların əməkdaşları həmin sahibkarlara məxsus tikinti avadanlıqlarının daşınması ilə məşğul olan şəxslərin avtomobillərini dayandıraraq cərimə meydançalarına aparıb, orada həftələrlə saxlayırlar. Xüsusilə də Bərdə rayon DYP-nin baş inspektoru Məmmədov Anar Akif oğlu bu işlə məşğuldur, tamamilə hərc-mərclik edir, kimə arxalanır bilinmir”.

Respublika Baş DYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev baş verənlər barədə məlumatsız olduğunu və bununla bağlı Bərdə rayon DYP-yə müraciət etməyimizi bildirdi. Bərdə rayon DYP ilə əlaqə saxlanılmağa çalışılsa da zənglərə cavab verən olmayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR