SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İRANA MÜTƏŞƏKKİL HÜCUM: Parlament, Xomeynin türbəsi və metro hədəf alındı (Yenilənir)

7-06-2017, 10:38 | Oxunub: 8 470 |

İRANA MÜTƏŞƏKKİL HÜCUM: Parlament, Xomeynin türbəsi və metro hədəf  alındı (Yenilənir)
Emtv.az-ın report-a istinadən xəbərinə görə, İranda Xomeyninin məqbərəsi ərazisində ikinci partlayış baş verib.
Report “Tasnim”ə istinadən xəbər verir ki, daha bir terrorçu-kamikadze özünü məqbərə ərazisində partladıb.
Ölən və yaralananlar haqqında məlumat yoxdur.


* * *

Tehranda Milli Məclis və İmam Xomeyni türbəsində törədilən terror aktı nəticəsində 33 nəfər yaralanıb.

Yaralılar müxtəlif xəstəxanalara çatdırılıb. Onlardan ikisi xəstəxanada ölüb.

İranın Təcili Tibbi Yardım Xidməti yaralanan şəxslərin adlarını açıqlayıb. Onların arasında qadınlar da var.

* * *

Polis və təhlükəsizlik qüvvələri bu gün səhər Tehranda Ayətullah Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib.
Report “Mehr” agentliyinə istinadən xəbər verir ki, məqbərənin yaxınlığındakı metro stansiyası təhlükəsizlik səbəbiylə bağlanıb.


İranın daxili işlər naziri Rəhmani Fəzli ölkə parlamenti və məqbərəyə hücumların səbəblərinin araşdırılması üçün bu gün Tehranda Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək.

* * *

Tehrandan son dəqiqələrdə daha bir həyacanlı məlumat daxil olub. Bir sıra KİV-lər xəbər verir ki, İran paytaxtının “İmam Xomeyni” metro stansiyasında da partlayış törədilib. Partlayışı intiharçı-terrorçunun törətdiyi bildirilir. Təfərrüatlar məlum deyil.
“Fars” agentliyi xəbər verir ki, İran parlamentinin binasına soxulan və bir neçə adamı girov götürən terrorçulardan birinin üzərində bomba var. Hazırda o, təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Terrorçuların əllərində neçə girovun olduğu barədə məlumat yoxdur.


İranın yarırəsmi “Fars” agentliyi Tehranda baş verənlərin mütəşəkkil terror hücumları olduğunu bildirir. Agentliyin məlumatına görə silahlılar eyni zamanda bir neçə dövlət binasına hücum edib, atışmalar zamanı ölən və yaralananların sayı 8-yə çatıb. Xomeyninin movzeleyi qarşısında etışma ilə yanaşı partlayış da baş verib. Ölənlər var. Habelə silahlı şəxs mavzoleyi ziyarət edənlərə rast gələ atəş açıb. Mavzoleyə 3 terrorçunun hücum etdiyi bildirilir, onlardan biri özünü partladıb. Mavzoleydə 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı xəbər verilir. Lakin ölənlərin sayı daha çox ola bilər.

Parlamentdə girovların saxlanıldığı və atışmaların davam etdiyinə dair yeni xəbərlər var.

Qeyd edək ki, bu hadisələr Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb ölkəsinin İranla tərəfdaşlığa görə Qətərlə əlaqələri kəsməsinin ardınca baş verir.


“Tasmin” agentliyi bu hücumda iştirak edən qadın terrorçunun yaxalandığını bildirir. Daha bir terrorçu isə saxlanılarkən sianid kalium (insanı ani olaraq öldürən zəhər) kapsulunu içib və ölüb.

“Əl-Ərəbiyyə”nin Liviya bürosu İran parlamentinə hücumun məsuliyyətini İŞİD terror təşkilatının öz üzərinə götürdüyünü bildirib.

****

İran parlamentinə silahlı hücum edən 4 nəfər tutulub. Bu barədə İran mətbuatı bəzi mənbələrə istinadən məlumat yayıb. Digər məlumatlarda isə bildirilir ki, parlamentə hücum edənlərdən biri kamikadzedir və təhlükəsizlik qüvvələri onu mühasirəyə alıb.

Məlumata görə, parlamentə hücum edənlər “Kalaşinkov” avtomatı və tapança ilə silahlanıblar.


Qeyd edək ki, eyni anda İmam Xomeyninin türbəsinə də 4 nəfər silahlı hücum edib. Onlardan biri özünü partladıb. Hadisə yerində çoxlu yaralının olduğu xəbərləri var.

İran Prezident Aparatı və digər dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyi gücləndirilib. İran parlamentinin Rəyasət Heyətinin üzvi Əkbər Rəncbərzadə İran Dövlət televiziyasına açıqlama verərək bildirib ki, parlament üzvləri arasında yaralanan yoxdur.

Ə. Rəncbərzadə deyib ki, ölənlərin olduğu barədə onlara məlumat verilməyib: “Bir neçə nəfər yaralandığı barədə məlumatımız var”.

İRANA MÜTƏŞƏKKİL HÜCUM: Parlament, Xomeynin türbəsi və metro hədəf  alındı (Yenilənir)

İRANA MÜTƏŞƏKKİL HÜCUM: Parlament, Xomeynin türbəsi və metro hədəf  alındı (Yenilənir)

İRANA MÜTƏŞƏKKİL HÜCUM: Parlament, Xomeynin türbəsi və metro hədəf  alındı (Yenilənir)


İranın dövlət televiziyası İmam Xomeyni türbəsinə hücum edənlərin 3 nəfər olduğu barədə məlumat yayıb. Apa-nın Tehran bürosunun məlumatına görə, bildirilir ki, onlardan biri öldürülüb, biri dərman ataraq, intihar edib, bir nəfəri isə həbs olunub. Bu məlumatı rəsmi mənbələr hələlik təsdiqləməyib.

Bəzi məlumatlara əsasən, İmam Xomeyinin türbəsində öldürülən şəxs 35 yaşlı kişidir. Onun məqbərədə fəhlə olduğu deyilir. Məlumata görə, türbəyə hücum zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.



Xomeyninin məqbərəsinə hücum edən üç nəfərdən ikisi saxlanılıb. Trend-in məlumatına görə, yerli KİV-lər üçüncü şəxsin özünü partlatdığını bildirir. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

* * *

İran parlamentinin binasına hücum nəticəsində mühafizə xidmətinin bir əməkdaşı ölüb, 8-i yaralanıb.
Report “Mehr”ə istinadən xəbər verir ki, parlamentə 4 silahlı şəxs hücum edib.
Parlamentin deputatı Hüseyn Nəğəvi Hüseyni bildirb ki, hücum edənlərdən biri tutulub, 3-ü isə parlamentin binasındadır.


* * *

İran parlamentində naməlum şəxs və ya şəxslərin atəş açdığı bir vaxtda Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsində də silah səsləri eşidilib.

Yerli KİV-lər mqəbərədə bir nəfərin atəş açdığını yazır.

Hadisə yerində yaralıların olduğu bildirilir.

* * *

İran İslam Respublikasının parlamentində atışma olub.
Apa-nın xəbərinə görə, bu barədə İranın “Fars” və “Mehr” Xəbərə Agentlikləri məlumat yayıb.


Məlumatlarda bildirilir ki, hazırda parlamentdə atışma səsləri eşidilir. İlkin məlumata görə, üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq, bir neçə nəfəri girov götürüb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR