18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Saxta diplomlu müəllimlərin qəyyumu kimdir? - “10-15 il bu sənədlə işləyənlərin fəaliyyətinə razılıq verənlər də var”
Respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. 36 min nəfər müəllim qiymətləndirmədə iştirak edib. Bu proses zamanı bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib.
Saxta sənədli müəllimlərin işə qəbulunun necə həyata keçirildiyi müzakirə mövzusudur. Təhsilə rəhbərlik edən qurumların və vəzifəli şəxslərin razılığı olmadan bu şəxslərin işə qbulu mümkün deyil. Lakin bu faktlar da nazirlik tərəfindən aşkarlandığı üçün ziddiyətli məqam yaranıb.
Təhsil eksperti Əjdər Ağayev isə mətbuata açıqlamasında bildirdi ki, bu indinin deyil, bir neçə ilin problemidir: “Hazırda düşünmürəm ki, saxta diplom məsələsi gündəmdə olsun. Bu hərəkat xüsusən də 90-cı illərdə, müharibə dövründə aktuallaşıb. Həmin illərdə bəzi maraqlı şəxslər ucuz qiymətə Rusiya, Dağıstandan diplom gətirmişdilər. O zamanadək saxta diplom məsələsi ilə bağlı Azərbaycanda təcrübə olmadığı üçün həmin sənədlərin həqiqi olduğu güman edilirdi”.
Ə.Ağayev bəzi diplomların da saxta hesab edilməsi məsələsinə münasibət bildirib: “Dövlət İmtahan Mərkəzi imtahan vermək üçün adı siyahıya daxil olmayan, yəni Azərbaycanda imtahan verməyən şəxslərin diplomunu saxta hesab edib, hansı ki, onlar ilboyu oxuyub, hazırlaşıblar. Lakin bu diplomları saxta hesab etməzdim. Düşünürəm ki, şəxsin xaricə giriş-çıxışı varsa, bu diplomları qəbul etmək olar”.
Ekspert bildirib ki, bəzi ali məktəblərin filiallarında da zamanla saxta diplom satışı həyata keçirilib. Hazırda bu cür şəxslərin bir qismi cəzalanaraq həbs olunub: “1993-1995-ci illərdə orta ixtisas təhsili müəssələrində də bu cür işlər həyata keçirilib. Saxta diiplomu verən kimdir, niyə onlara qarşı hansısa addım atılmayıb, bu istiqamətdə heç bir iş görülmədi. Hətta 10-15 ildir ki, saxta diplomla işləyənlərin yenidən fəaliyyətinə razılıq verənlər də var. Bu cür saxta diplomla işləyənlərin müəyyən yerlərdə qəyyumları var. Qanun hamı üçün birdir”.
Bu istiqamətdə görülən işlərin təsiri üçün hökumət qurumlarının ciddi mövqeyinin də vacibliyini vurğulayan Ə.Ağayev bildirib ki, vaxtilə Müəllimlər İnstitutu, Beynəlxalq Universitetdə bu cür hallar aşkarlanıb. Ə.Ağayevin sözlərinə görə, saxta diplomların verilməsində nazirliyin adını hallandırmaq əsaslı görünmür.
Emtv.az