18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
GENERALIN VİLLASINDAN QIZILLARI KİM APARIB? – Çemodanla oğurlanıb…
Generalın evindən 2015-ci ildə edilən oğurluqla bağlı aparılan araşdırmalar dalana dirənib. Generalın evindən çemodanlı qızıl oğurlamaqda təqsirləndirilən qull uqçunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ancaq məhkəmə prosesi qeyri-müəyyən səbəblərə görə uzanır. Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin evindən çemodandakı qızılları oğurlamaqda təqsirləndirilən şəxs həmin villada qulluqçu işləmiş Sədaqət Məmmədovadır. 2015-ci ildə hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmiş, sonra isə ev dustaqlığına buraxılmışdı. Çünki onun törətdiyi deyilən oğurluq əməlini sübut edən kifayət qədər faktlar yox idi.
Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinən S.Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Rahib Salmanov sədrlik edir.
Generalın villası…
Oğurluq hadisəsi general Qambay Əliyevin anası Böyükxanım Əkbərovanın adına olan İzzət Həmidov küçəsi ev 7, mənzil 8-də baş verib. General da anasının adına olan bu villada yaşayır.
Qeyd edək ki, generalın anası oğurluq hadisəsindən bir neçə ay sonra dünyasını dəyişib. Mərhuma məxsus mənzildən ümumi dəyəri 160 min manata yaxın qızıl-zinət oğurlandığı qeyd edilir. Oğurlanan qızıl zinət əşyalarının mərhuma məxsus olduğu bildirirlir.
Hazırda oğurluqda təqsirləndirilən S.Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi bir ildən artıqdır ki, davam edir. Məhkəmə prosesi qeyri-müəyyən səbəblərə görə dəfələrlə təxirə salınıb.
Sonuncu dəfə may ayında baş tutan qısa prosesdə hakim məhkəmə istintaqının yekunlaşmasını təklif etmişdi. Ancaq dövlət ittihamçısı iş üzrə şahid qismində tanınmış bir nəfərin məhkəməyə gəlmədiyini və onun dindirilməsinin vacibliyini qeyd edib. Dövlət ittihamçısı söyləyib ki, Sədaqət Məmmədova evdən çıxarkən taksiyə minib. Və bu zaman onun əlində çanta olmasını görən, bu haqda danışa biləcək taksi sürücüsü İbrahim Mərdanov məhkəmədə mütləq dindirilməlidir.
Taksi sürücüsü nə görüb?
Bildirək ki, ittihamda yazılır ki, S.Məmmədova işlədiyi villadan qızılları götürdükdən sonra çağırdığı taksi ilə hadisə yerindən uzaqlaşıb. İttihama görə, taksi sürücüsü S.Məmmədovanın əlində olan çantaları görüb.
Prokurorun bu təklifindən sonra məhkəmə prosesinin təxirə salınması ilə bağlı qərar qəbul edilib. Bu qərardan sonra məhkəmə prosesi iki ayrı günə təyin edilsə də baş tutmamışdı.
Növbəti məhkəmə prosesi isə iyunun 5-nə təyin edilib.
Günahkar kimdir?
Sədaqət Məmmədova isə oğurluq hadisəsində generalın kürəkəni Ramin Qədirovdan şübhələnir. S.Məmmədova məhkəmə prosesində də bunları dilə gətirmişdi. S.Məmmədova əsas olaraq isə göstərir ki, oğurluq hadisəsindən əvvəl Ramin Qədirov Böyükxanım Əkbərovadan 200 min pul istəyib. Generalın anası isə Ramin Qədirova 4 min manat verib. Həmçinin Ramin Qədirov arvadının ondan xəbərsiz ev aldığından xəbər tutub və intiqam almaq istəyib.
S.Məmmədova həbsdən azad edildikdən sonra mətbuata açıqlamasında deyib ki, generalın adını bu işdə hallandırmamağa çalışırlar. Onun iddiasına görə, oğurlanan qızıllar generalın olsa da anasının adı çəkilir.