17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NATİQ ƏLİYEV TÜRKİYƏYƏ APARILDI – Səhiyyə Nazirliyi (Yenilənib)
Ötən gün səhhətində problem yaranan energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb.
Bu barədə mətbuata Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, gecə saatlarında nazirin ailəsi onun müalicəsini davam etdirmək üçün Türkiyəyə aparıb.
Qeyd edək ki, ötən gün ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. N.Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub. Onun ürəyinə stendlər qoyulub.
***
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.
Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.
Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.
***
Azərbaycanın energetika naziri Natiq Əliyev xəstəxanaya yerləşdirilib.
Emtv.az lent.az-a istinadla bildirir ki, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan N.Əliyev xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiqləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.
Emtv.az