SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Maşallah Əhmədov hadisə yerinə gətirildi

2-06-2017, 11:47 | Oxunub: 8 499 |

Maşallah Əhmədov hadisə yerinə gətirildi
Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun işi üzrə hadisə yerində mərmər daşlara baxış keçirilib.

Emtv.az-ın lent.az-a istinadən məlumatına görə, baxış “Sahil” MTK-nın inşa etdiyi binada keçirilib. Baxışda Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrlik etdiyi kollegiya prokuror, onun vəkilləri, zərərçəkmiş Yusif Əzizov iştirak edib.

Məhkəmənin qərarına görə, Maşallah Əhmədovun özü baxışda iştirak edib. Maşallah Əhmədov konvoy vasitəsi gətirilib və birbaşa binanın içərisinə keçirilib.

Binanın qarşısında zərərçəkmiş Yusif Əzizov hakimə arayış verib. O, aqlay daşları, onların ölçüləri və qiyməti barədə danışıb. Sonra tərəflər binanın üzlüyünə və pilləkənlərə vurulan mərmər daşlara baxış keçiriblər.

Həmçinin binanın qarşısında baxış keçirən hakimlər jurnalistlərin çəkiliş aparmağa imkan verməyib.

Maşallah Əhmədovun vəkili Əli Hüseynov bildirib ki, baxış zamanı daşların ağ olması da müəyyən edilib: “Amma zərərçəkmiş iddia edirdi ki, mərmərlər qara daşlardır. Belə olan halda ittihamın mahiyyəti də, dəymiş ziyanla bağlı məbləğ də dəyişəcək”.

Proses iyunun 6-da davam edəcək.

Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR