18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var” – Rusiya MOK prezidenti
“Azərbaycanın beynəlxalq miqyaslı idman yarışlarına necə ciddi hazırlaşdığının şahidi olmuşam. Ona görə də İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyinə əminəm”.
Emtv.az xəbər verir ki, bunu apa-nın Rusiya bürosuna açıqlamasında Rusiya Milli Olimpiya Komitəsinin prezidenti, Rusiya Dövlət Duması sədrinin birinci müavini Aleksandr Jukov bildirib.
“Mən İslam Həmrəylik Oyunlarından əvvəl Azərbaycanda olmuşdum. Ölkənizin yarışlara necə ciddi hazırlaşdığını görmüşdüm. Bakıda İlk Avropa Oyunları əsrarəngiz səviyyədə keçdi. Təşkilatçılıq, yarışlar, idman obyektləri, infrastruktur yüksək səviyyədə idi”, – deyə Rusiya MOK prezidenti söyləyib.
A. Jukov Azərbaycanın 2028-ci ildə Yay Olimpiya Oyunlarına namizədliyinin mümkünlüyünü də şərh edib: “Yay Olimpiya Oyunlarını keçirməyə namizədlərin sayı nə qədər çox olsa, o qədər yaxşıdır. O ki qaldı Azərbaycanın namizədliyi məsələsinə, hesab edirəm ki, Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var. Lakin 2028-ci il üçün indidən nəsə demək hələ tezdir”.
Emtv.az