17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR
Tanınmış sənətçilərin şəxsi həyatlarında baş verən hadisələr hər zaman böyük maraq doğurub.
Emtv.az publika.az-a istinadla evli kişiləri yoldan çıxarıb onlarla ailə quran azərbaycanlı müğənnilərlə tanış edib:
Röya Anar Cəlilovla tanış olanda iş adamı artıq ilk həyat yoldaşından ayrılmaq üzrə idi. “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu Anarın Röyaya olan vurğunluğu bu prosesi bir qədər də tezləşdirir. A.Cəlilov ilk həyat yoldaşından boşanan kimi müğənniyə evlilik təklifi edir. İş adamının ailəsi oğullarının Röya ilə münasibətlərinə qarşı çıxsa da, A.Cəlilov qalmaqallı müğənni ilə evlənmək fikrindən vaz keçmir.
“Nə vaxtsa gəlinlik geyinib ailə quracağımı ağlıma belə gətirməzdim” söyləyən Röya əvvəlcə şoka düşdüyünü desə də, təkliflə dərhal razılaşır. Lakin cütlüyün xoşbəxt ailə həyatı cəmi 6 il davam edir. 2008-2014-cü illərdə Anar Cəlilovla nikahda olan müğənnin 2009-cu ildə oğlu dünyaya gəlib. Yeri gəlmişkən, A.Cəlilovun ilk nikahından bir oğlu daha var.
Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov keçən il 3-cü dəfə yenidən ailə qurub. Röya isə Anardan sonra ailə qurmayacağını bildirmişdi. Lakin sənətçinin yeni sevgilisinin yüksək vəzifəli məmur ailəsindən olduğu, lakin ailənin bu münasibətdən xəbərdar olmadığı bildirilir. Böyük imkanlara malik yeni sevgilinin Röyaya bahalı villalar, maşınlar hədiyyə etdiyi də deyilir. Verilən məlumata görə, yaxın ətrafı dindar iş adamlarından ibarət olan məmur oğlu ifaçıya qadağalar qoyur. Hətta Röya getdiyi tədbirlərə ondan icazə alır.
2009-cu ildə “Eurovision” müsabiqəsində Azərbaycanı yüksək səviyyədə təmsil edən Aysel Teymurzadə karyerasının ilk illərində şəxsi həyatını mətbuatdan ciddi-cəhdlə gizləyərək evlənmək niyyətində olmadığını tez-tez dilə gətirirdi. Lakin bir müddət sonra Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovun ulduzu yeni-yeni parlayan ifaçıya heyran olduğu və həyat yoldaşından boşanaraq onunla ailə qurmaq istəməsi xəbərləri yayılır. Bu xəbərlər tezliklə öz təsdiqini tapır. M.Adıgözəlovun ifaçıdan 3 övladı dünyaya gəlib.
Cütlüyə yaxın mənbələrin sözlərinə görə, Ayselin həyat yoldaşı onu möhkəm qısqanır və mətbuatda görünməsini istəmir. Cütlük bütün tədbirlərə birlikdə qatılsa da, Murad bəy müəyyən jestləri ilə onu çəkmək istəyən fotoqraflara və açıqlama almaq istəməyən jurnalistlərə etiraz edir.
Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. Maestronun ilk evliliyindən iki övladı var.
2010-cu ildə isə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən S.Əliyeva da Aysellə eyni taleyi yaşayır. Əvvəlcə evlənəcyi ilə bağlı yayılmış bütün dedi-qoduları təkzib edir. Buna baxmayaraq gənc ifaçının azərbayacanlı nazirin oğlu Fərhad Əliyevin evlilik təklifinə “hə” deməsi sürətlə bütün mətbuatda əks-səda doğurur. Məsələ ondadır ki, Sara Əliyeva ilə evli olan F.Əliyev bir qızı atası idi. Safuraya vurulan nazir oğlu ilk həyat yoldaşından boşanaraq müğənni ilə Bodrumda özünə təmtəraqlı şəkildə toy edir.
A.Teymurzadə ilə S.Əliyeva bir çox cəhətdən oxşardır. Hər ikisi ölkəmizi məşhur mahnı müsabiqəsində təmsil edib, hər ikisi kifayət qədər uğurlu ifaçı idi. Amma onlar karyelarında yüksəlmək əvəzinə ailə sahibi olmağı seçir. Onların hər ikisi boşanmış şəxslərlə ailə qurur və sənətlə birdəfəlik vidalaşır.