SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Ölkədə ciddi internet problemi var: Nazirlik isə “ittihamdır” deyir - RƏSMİ CAVAB

1-06-2017, 13:09 | Oxunub: 13 543 |

Ölkədə ciddi internet problemi var: Nazirlik isə “ittihamdır” deyir - RƏSMİ CAVAB
Son zamanlar ölkədə internetin sürəti aşağı düşüb. Maraqlıdır ki, mövcud problem yalnız bir provayderdə müşahidə edilmir. Elə bir provayder tapmaq olmaz ki, abunəçilər xidmətdən razı qalsın. Görünür, məsələnin kökü yalnız bir provayderə bağlı deyil.

Jurnalistlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən mövcud problemin səbəblərini öyrənməyə çalışıb. Sualı nazirliyin mətbuat deyil, marketinq xidməti cavablandırıb: “Kimsə iddia edir ki, internetin sürəti zəifdir, bu, dəqiqləşdirilməmiş məlumat olar. Hansısa provayderdən əldə edilən internetin sürəti sizi qane etmirsə, o zaman biz nazirlik olaraq həmin şirkətə müraciət edərək ki, sizə köməklik etsin. Çünki nazirlik olaraq bizə belə bir müraciət daxil olmayıb ki, internet zəifdir”.

Nazirlik rəsmisi ilə söhbətdə bir daha xatırladıq ki, problem yalnız bir provayderdə yaşanmır. Çünki kollektiv əməkdaşlarının hər birinin xidmətindən yararlandığı bir provayder var. Hətta sürət o qədər zəifdir ki, Facebook sosial şəbəkəsinin səhifəsini yükləmək mümkün olmur:

“Siz bu problemlə əlaqədar olaraq provayderinizə müraciət etdikdə səbəb olaraq hansı əsas gətirirlər? Düşünürəm ki, provayderlərin bu problemi özlərindən kənarlaşdıraraq ümumiləşmiş məzmundə bütün respublikada internetin sürətinin bu cür olmasını söyləməsi böyük ittihamdır. Biz də bir kollektivdə işləyirik. Lakin hamımız internetin sürətindən razıyıq. Bizə internet başqa yerdən gəlmir ki. Sizin verdiyiniz suala cavab tapmaq üçün “qaynar xətti”mizə də müraciət etdim. Bildirildi ki, şikayətlərin sayı artmayıb”.

Həmsöhbətimiz qeyd edib ki, əksər hallarda provayderlər problemin kökünü telefon qoşvaqları ilə bağlayır. Lakin problem köklü sürətdə araşdırıldıqda bəlli olur ki, problem provayderdən asılıdır.

“Ölkədə ən keyfiyyətli xidmət verən provayder hansıdır?” sualına nazirlikdən cavab tapa bilmədik:“Nazirlik bütün provayderlərə fəaliyyət göstərmək üçün şərait yaradır”.

Qeyd edək ki, Azərbaycan internetin sürətinə görə dünya ölkələri arasında son sıralarda qərarlaşıb. İnternetsociety.org saytının son bir neçə nəşri də bunu təsdiqləyir. Açıqlanan hesabatda ilk üçlükdə Sinqapur, Honq-Konq və Ruminiya qərarlaşıb. Endirmə sürəti (smaterialı) 97.67, yükləmə sürəti (səhifəni, saytı) isə 78.69-dur. Maraqlıdır ki, dünyanın ən inkişaf etmiş ölkələrindən olan, əcnəbilər üçün də ideal ölkı hesab edilən Kanada da siyahıda geridə-34-cü pillədə qərarlaşıb. Liviya, Zambia, Qana, Dominika, Ekvador, Nigeriya kimi ölkələr Azərbaycandan ön sırada qərarlaşıb. Hətta Cənubi Afrika 92, İraq 95, Hindistan 96-cı yerdədir.

Türkiyə isə bu siyahıda 59-cudur-12.4 yükləmə sürəti, 3.5 isə yeniləmə sürətidir. Ermənistan siyahıda 53-cü yerdə qərar tutub. Bu ölkədə 13.99 yükləmə sürəti, 9.95 isə yeniləmə sürətidir. Qonşu Rusiya isə 29-cu yerdə qərarlaşıb.

Azərbaycan siyahıda 111-ci yerdə dayanır. Yükləmə sürəti 4.92, yeniləmə sürəti 3.17-dir. 143 ölkədən ibarət olan siyahıda İran isə 115-ci yerdədir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR