17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Saxlanılan şəxs narkotikin “xeyirlərindən” danışdı – “Bişirib, suyunu içməlisən…”
“Onu birdən-birə içmək olmaz, 1 həftə vaxt lazımdır”
Gəncə Dəmir Yolu Vağzalında külli miqdarda narkotik vasitə aşkarlanıb.
Emtv.az arb tv-ə istinadən xəbər verir ki, Gəncə sakininin işləməyə getdiyi rayondan qazancı narkotik vasitə oldu.
Gəncə Dəmir Yolu Stansiyası Xətt Polis Şöbəsinin əməkdaşları həmin şəxsi vağzalın peronunda saxlayıb. Onun üzərindən xeyli miqdarda marixuana aşkarlanıb.
Aylardır istixanalarda çalışıb gündəlik ehtiyacını ödəyən Gəncə sakininin sonradan köhnə peşəsinə qayıtmaq cəhdi uğursuz alınıb. 35 yaşlı Akif Abdullayev bir neçə ay öncə Şəmkirdə çalışdığı təsərrüfatın yaxınlığından əldə etdiyi marixuananı özü ilə Gəncədə gözdən könüldən qıraq yerə gətirmək istəyib. Ancaq Gəncə Dəmir Yolu Xətt Polisi Şöbəsi əməkdaşlarının sayıqlığı onun bu arzusunu ürəyində qoyub. Şübhəli şəxsin əlindəki sellofan torbaya baxış zamanı külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb.
Polisin araşdırması zamanı Akif Abdullayevin əvvəllər Rusiya Federasiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkumluq həyatı yaşadığı da üzə çıxıb. Saxlanılan şəxs uzun illərdir əsəb xəstəliyindən əziyyət çəkdiyini deyərək marixuananın müalicəvi əhəmiyyətindən ağız dolusu danışıb.
Akif Abdullayev – saxlanılan şəxs: “Açıq sahələrdə aparıb bişirmək istəyirdim. Orada elə yerdə etmək istəyirdim ki, çox adam görməsin. Onu bişirib suyunu içməliydim. Onu birdən-birə içmək olmaz. Onu yavaş-yavaş içməlisən. Bir həftə vaxt lazımdır”.
Akif Abdullayevin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb. Əməli sübuta yetirilərsə onu 5 ildən 10 ilədək məhkumluq həyatı gözləyir.
Emtv.az