SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Biləsuvarın icra başçısı pambıqla baş kəsir - ŞİKAYƏT

31-05-2017, 14:32 | Oxunub: 8 648 |

Biləsuvarın icra başçısı pambıqla baş kəsir - ŞİKAYƏT
“Yolumuzu kəsirlər, sahəyə getdiyimiz yerdə bizi maşınla geri qaytarırlar, sürücünü də hədələyirlər ki, qayıtmasa, polisə aparacaqlar. Bizi zorla pambıq sahələrinə aparırlar, deyirlər, yığmalısız, vəssalam. Söz demirik, yığarıq, ancaq gündəlik 6-7 manata yox... Üstəlik də, keçən il yığdığımız pambığın pulunu hələ də bizə ödəməyiblər”.

Biləsuvarın Xırmandalı kənd sakini Sadəgül Sayılova deyir, rayonda hamı “pambığın zibilinə düşüb”. İcra hakimiyyətinin işçiləri kənardakı başqa əkin sahələrinə işləməyə gedənləri zorla pambıq sahələrinə yönləndirir. Bu da adamlarda narazılıq yaradır:

“Keçən il icra hakimiyyətinin təklifiylə şəxsən özüm qızlardan ibarət bir briqada yaratdım, getdik sahəyə, pambıq toplamağa... Tonlarla pambığı bizdən qəbul etmiş pambıq zavodları pulumuzu vermədi. Üstəlik də ortada müqavilə- filan yox... Ancaq biz başqa sahədə kartof yığırıq, gündəlik 12-13 manat alırıq, evə gedəndə də kartofumuzu aparırıq. Hələ sahibkarla müqaviləmiz də var. Bax, buna deyərəm, iş... Yoxsa ki, camaatı yığ tök sahəyə, işlət, yola sal, pulunu da vermə... Hələ üstəlik, qarşısında tələb də qoy ki, ‘kənara işləməyə getmək qadağandır, mütləq pambıq yığmalısız’. Təzyiqli, xəstə adamam, bir çətən külfət əlimə baxır, niyə havayı işləməliyəm ki...”

Sadəgül xanım deyir, ötən il özüylə pambıq yığımına apardığı adamlar indi onunla kartof yığımına gedir deyə, icra hakimiyyəti qəzəblənib: “Keçən ildən polisdəyik, sahə müvəkillərinin qapısındayıq. Qızlar yığdıqları pambığın pulunu almaq üçün polisə şikayət edirlər. Polis də deyir, ‘gedin verin məhkəməyə’. Pullarını ala bilməyən adamların yanında üzüqara qalmışam. İndi gətirmişəm ki, heç olmasa, burdan çörəkpulu qazansınlar. Hər gün sahəyə gəldiyimiz maşının qarşısını kəsib bizdən pambıq sahəsinə getməyimizi tələb edirlər”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR