17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Rusiyadan Azərbaycana gətirilən məhsullarda təhlükəli xəstəliklər aşkarlandı
Rusiyadan Azərbaycana gətirilən böyük miqdarda qarğıdalı və buğdada Yovşan yarpaqlı ambroziya (Ambrosia artemisiifolia Linnaeus) və Üçdilimli ambroziya (Ambrosia trifida Linnaeus) aşkarlanıb.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.
Onun sözlərinə görə, qeyd edilən xəstəliklər “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı”na daxildir:
“Həmin yüklər artıq saxlanılıb və müvafiq tədbirlər həyata keçirilir. Yəqin ki, bununla bağlı Rusiya tərəfinə rəsmi məlumat veriləcək”.
C.Quliyev deyib ki, Rusiyadan gətirilən qarğıdalının çəkisi 1 ton 500 kq-a yaxındır:
“Həmin məhsul Azərbaycana “Giləzi quşçuluq” şirkəti tərəfindən gətirilir. Bu, ərzaq qarğıdalısıdır, amma yəqin ki, quşçuluqda yem kimi istifadə edilir. Amma aşkarlanmış yovşan yarpaqlı ambroziya karantin növü olduğu üçün belə qarğıdalının ölkəyə gətirilməsi qadağandır”.
C.Quliyev əlavə edib ki, Azərbaycana Rusiyadan gətirilən və karantin tətbiq edilən zərərli orqanizmin aşkarlandığı buğdanın çəkisi 2 ton 300 kq-dır:
“O, Azərbaycana ölkəmizdəki dəyirmanlardan biri tərəfindən ün üyüdülmək məqsədilə gətirilir”.
Emtv.az