17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Təranə həbsdəki sevgilisindən danışıb ağladı - Rəqsanə, qızı...
Prodüser Təranə Səmədova ARB TV-nin "Gəlin danışaq" verilişində maraqlı açıqlamalar verib.
Prodüser aparıcının ona ünvanladığı “Həyatda ən çox kimi incitmisiniz” sualına cavab verərkən ağlayıb:
“Nə qəribə sual idi. İncitdiyim insanın ahını aldım üstümə. Bu günə qədər də ondan sonra xoşbəxt ola bilmirəm və həmin insanın özü də artıq 2 il yarımdır ki, həbsdədir. Mən o insanı çox incitdim. 3 illik münasibətim oldu həmin insanla. Uzun da sürə bilərdi, həbsdə olmasaydı, bəlkə də indiyədək bir yerdə ola bilərdik. Bu münasibətin baş tutmasını istəməyən insanların “prinsipinə” görə uzandı. Rəqsanə, qızı, ailəsi çox cəhd göstərirdilər ki, münasibət alınmasın. İlk 2 il mən onu dünyalar qədər istəmişəm. 3-cü il isə qardaşı məni o qədər şeylərə peşman edirdi ki... Düz yolun yolçusu deyildi. Haqsızlıqları götürə bilmirdim. Məhz buna görə də uzaqlaşdım. Onlara dedim, siz sevinin ki, arxanızda atanız var. Dedim, get özünə karyera qur və qardaşından uzaqlaş. Onu hədsiz çox incitdim. Onun həyatında dəyər verdiyi 2 qadın var. Biri mən, biri də anası.
Mən ondan halallıq verməsini istərdim. Çox kinli insandır. Münasibətlərimiz kəsiləndən il yarım sonra həbs olundu. Gedib ziyarət etdim. Ömür boyu qarşısından yeməyən insan, məni görən kimi dedi ki, nəyə gəlmisən? Eşitmisən ki, 1-2 aya çıxıram ona görə? Dedim, vicdanım əl vermədi. Dedi, indiyə qədər vicdanın harada idi?".
Qeyd edək ki, Təranə Səmədovanın haqqında bəhs etdiyi şəxs Fərid Azayevdir. O, 2015-ci ildə saxlanılıb. Bu ilin fevralında isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. F.Azayev həmçinin müğənni Rəqsanə İsmayılova ilə yaşadığı qalmaqallarla gündəmdə olub.