SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Gəlir vergisindən daxilolmalar kəskin azaldı - Səbəb nədir?

30-05-2017, 12:04 | Oxunub: 7 772 |

Gəlir vergisindən daxilolmalar kəskin azaldı -  Səbəb nədir?
İqtisadçı Qubad İbadoğlu gəlir vergisindən daxilolmalarla bağlı müqayisələr aparıb. Ekspert yeni açılan iş yerləri fonunda büdcəyə gəlir vergisindən daxilolmaların kəskin azaldığını yazır: “Bu ilin birinci rübündə fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz azalıb. 2016-cı ilin birinci rübündə bu mənbədən büdcəyə daxilolmalar 323,9 milyon manat təşkil edib, bu ilin göstərici isə 204,6 milyon manat olub, 119,3 milyon manat azalma qeydə alınıb.

Fiziki şəxslərin gəlir vergisinin dərəcəsi dəyişmədiyi üçün bu mənbədən azalmaya vergi tutulan bazanın aşağı düşməsi və vergi ödəyicilərinin sayının azalması təsir göstərə bilər. Lakin müqayisə olunan dövrdə orta aylıq əməkhaqqının 5,9 faiz artması vergi tutulan bazanın böyüdüyünü ifadə edir.

Əslində 2017-ci ildən “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi fiziki şəxslərin gəlir vergisindən daxilolmaları artırmalı idi. Qanuna görə, 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla digər şəxslərin ödədiyi əmək haqları (o cümlədən işəgötürənin ödədiyi, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada aparılmalıdır. Bu isə qeyri-formal əməkhaqqı və digər ödənişlərin leqallaşdırılmasına gətirib çıxarmalı idi. Bəs nə baş verib və nədən ilk rübdə fiziki şəxslərin gəlir vergisindən büdcəyə daxilolmalarda ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalma olub?”


Qubad İbadoğlunun qənaətinə görə, başlıca səbəblər iş yerlərinin kütləvi ixtisarı ola bilər: “Yalnız vergi ödəyicilərinin sayının azalması belə kəskin azalmanı şərtləndirə bilər. Amma statistik məlumata görə, 2017-ci ilin ilk rübündə ölkədə 86,4 min yeni, o cümlədən 79,6 min daimi iş yeri açılıb. Bəs nədən fiziki şəxslərin gəlir vergisindən daxilolmalar azalıb? Belə çıxır ki, ilin birinci rübündə bağlanan iş yerlərinin sayı yeni açılanlardan çox olub. Əks təqdirdə büdcəyə fiziki şəxslərin gəlir vergisindən daxilolmalar azalmalı deyildi”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR