SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ABŞ Azərbaycandan çəkilir, Rusiya təşkilatları isə Bakıya yerləşir

26-05-2017, 12:11 | Oxunub: 7 794 |

ABŞ Azərbaycandan çəkilir, Rusiya təşkilatları isə Bakıya yerləşir
Amerika institutlarının ölkəmizdə boş qalan yerlərini müxtəlif təmayüllü qurumlar tutmağa çalışır; Rusiyanın siyasi təşkilatları Bakıda ofis açmaq üçün fəaliyyətə keçiblər

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını azaltmaq və ya tamamilə ləğv etmək barədə seçkiqabağı vədini həyata keçirməyə başlayıb.


Vaşinqtonun rəsmi dairələrinə yaxın “Foreign Policy” nəşri Trampın Dövlət Departamenti xətti ilə USAİD-ə yardımı kəskin azaltmaq niyyətini təsdiq edib. Apa isə “Massis Post” nəşrinə istinadən Ağ Ev administrasiyasının büdcənin azaldılması ilə bağlı Konqresə tövsiyələrini açıqlayıb. Məlumata görə, tövsiyələrdə qeyd olunur ki, 2018-ci ildə ABŞ-ın Azərbaycana maliyyə yardımı 90 faiz azaldılaraq 1 milyon dollar təşkil etməlidir.
Qeyd edək ki, Ermənistana da maliyyə yardımı 67 faiz azalıb. ABŞ-ın bu ölkəyə maliyyə yardımı 20,4 milyon deyil, 6,7 milyon dollar təşkil edəcək. Sənəd təsdiqlənəcəyi təqdirdə, 100-dək ölkədə fəaliyyət göstərən USAİD regional bürolarının sayını 65% azaldacaq.


Konqresin prezidentin maliyyə ixtisarlarını tam dəstəkləməyəcəyi barədə iddialar olsa da, Ağ Ev administrasiyasının hazırkı israrlı mövqeyi maraq doğurur. Bir neçə milyon nəhəng ABŞ üçün “qəpik-quruş” sayılsa da, diqqət çəkən bu qərarın siyasi tərəfləridir. İllərdi ki, Amerika marağı olan ölkələrdə öz varlığını bu kimi təşkilatlar vasitəsilə göstərib. Təsadüfi deyil ki, bir sıra postsovet ölkələri USAİD də daxil olmaqla, ABŞ təşkilatlarını “rəngli inqilabları hazırlamaqda və maliyyələşdirməkdə” ittiham edib, hətta fəaliyyətlərini dayandırıb.




Yada salaq ki, 2009-cu ildən başlayaraq ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) və Beynəlxalq Respublikaçılar İnstitutu kimi demokratiyaya, vətəndaş cəmiyyətinin inkişafına yardım edən təşkilatları da Azərbaycanda fəaliyyətlərini dayandırıblar. İndi isə belə görünür ki, Azərbaycanda fəaliyyəti dayandırılan ABŞ təşkilatlarının sırasına USAİD də daxil olacaq.


Yeri gəlmişkən, USAİD rəhbərliyi bu xəbərlərin yayılmasından sonra maliyyə azalsa belə, fəaliyyətlərini davam etdirəcəklərini bəyan ediblər. Amma cəmi 1 milyon büdcə ilə Amerika adına Azərbaycanda hansı işlərin görülməsinin mümkünlüyü sual doğurur.

İndi ən narahatedici məsələ ABŞ təşkilatlarının Azərbaycanda boş qalan yerlərini müxtəlif zərərli təmayüllü qurumların tuta bilməsidir. ABŞ-ın indi öz istəyi ilə boşaltdığı yerləri tutmaq üçün fürsət gözləyən kifayət qədər güclər var. Həm İran, həm Rusiya kimi qonşularımızın Azərbaycanla bağlı hansı planlarının olduğunu yada salmaq kifayətdir.


Son aylar Rusiya isteblişmentinə yaxın politoloqların və siyasi institut rəhbərlərinin Bakıya səfərlərinin intensivləşməsi bu baxımdan diqqət çəkir. Doğrudur, bu dəvətlər Azərbaycandakı rus icması, Milli Məclis və ya digər dövlət strukturları səviyyəsində gerçəkləşir. Bu səfərlərdə Azərbaycan iqtidarının əsas məqsədi Qarabağ məsələsində Kremlin mövqelərinə təsir etmək istəyidir. Amma Rusiya hakimiyyətinin Azərbaycandakı maraqları təkcə Qarabağ məsələsi ilə məhdudlaşmır. Xüsusilə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsindən sonra “Rusiya Azərbaycandan nə istəyir” sualı daha da aktuallaşıb.


Bu sual ətrafında bir neçə iddialar var. Daha çox o fikir səslənir ki, Rusiya 2013-cü ildə olduğu kimi (“Milyarderlər ittifaqı”nı yada salmaq kifayətdir) Azərbaycanda gələn il keçiriləcək prezident seçkiləri ərəfəsi rəsmi Bakıya təzyiq rıçaqlarını yenidən işə salıb.


ABŞ-ın Azərbaycanda fəaliyyətin daha da məhdudlaşdırması isə yaxın qonşularımızı şübhəsiz ki, Bakıya yerləşməyə həvəsləndirəcək. İran təşkilatları ilə bağlı məsələ xeyli qəlizdir və bu yazıda ona toxunmayacağıq. Amma Rusiya həm açıq, həm qapalı dairələrdə ortaya qoyduğu mövqeyi ilə “Azərbaycanı daha da yaxınında görmək” istədiyini gizlətmir.


Mətbuata bir mənbədən daxil olan məlumata görə, Rusiyanın siyasi institutları artıq Bakıda ofis açmaq üçün fəaliyyətə keçiblər. Mənbəmiz iddia edir ki, məsələn, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Bakıda belə bir ofis yaratmaq niyyətindədir. Yada salaq ki, rusiyalı ictimai-siyasi xadim, filosof və politoloq A.Duqin Bakıya Azərbaycan rus icmasının dəvəti ilə mayın 1-də gəlmişdi. A.Duqin Bakıya səfəri zamanı rəsmi şəxslərlə və ictimai təşkilatlarla görüşlər keçirib, Bakı Slavyan Universitetində mühazirə oxuyub, İsmayıllıdakı rus icmasının nümayəndələrinin qonağı olub.


ABŞ prezidentinin kəskin tənqid edilən xarici siyasətinin bir parçası olan yardımların dayandırılmasının maliyyə baxımından Azərbaycana heç bir təsiri ola bilməz. Amma regional-coğrafi yerinə görə həm ətraf ölkələrin, həm Qərbin maraqlarının kəsişdiyi Azərbaycanda balansın bir qüvvənin lehinə dəyişməsi dövlətin maraqları baxımından çox zərərlidir. ABŞ institutları bir-bir ölkəni zor və ya xoş tərk etdiyi halda, başqa qüvvələrin onların yerini tutması gələcəkdə real təhlükə mənbəyinə çevrilə bilər. Çünki Qərbdən fərqli olaraq şimal qonşumuz zora daha çox güvənir...

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR