SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Heydər Əsədovun Göyçaydakı kadrından analoqsuz özbaşınalıq - biznes siyahısı

26-05-2017, 11:43 | Oxunub: 8 163 |

Heydər Əsədovun Göyçaydakı kadrından analoqsuz özbaşınalıq - biznes siyahısı
Göyçayın baş baytarı Ağadadaş Hacıyev rayondakı bazarlardan birinə girərək qatıq, süd, pendir, şor və s. ağartı məhsullarının satışına fantastik bəhanələrlə qadağalar qoyub...

Bu haqda hüquq müdafiəçisi Taleh Xasməmmədov Feysbukda məlumat yayıb.
Onun sözlərinə görə, baş baytar kəndlərdən satış məqsədilə gətirilən süd məhsulları ilə bağlı heyvanların sağlamlığı barədə arayış tələb edib.

“Diqqət edin ki, məmur azğınlığı hansı həddə çatıb ki, səfalət içində yaşayan insanları belə soymaqdan, onlara əziyyet verməkdən çəkinmirlər. Yazıq camaat bəs necə qazansın, nə yesin, nə içsin?”-deyə müəllif sual edir.

Mətbuatda dərc olunmuş yazılarda iddia olunur ki, Göyçay Rayon Baytarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib öz şəxsi maraqlarına görə qanunsuz və qərəzli olaraq 15 il qanuni fəaliyyət göstərən, 3 ailənin yeganə qazanc yeri olan baytarlıq aptekimizi bağlatdırmışdı.

Göyçay rayon ərazisində Ağadadaş Hacıyevə məxsus çoxlu sayda baytarlıq apteki var ki, hamısı tam qanunsuz fəaliyyət göstərir.

Ağadadaş Hacıyevin Orxan adlı oğlunun adı Göyçay rayon Baytarlıq Xidməti İdarəsində işçi kimi qeyd edilsə də o, rayon mərkəzində baytarlıq apteki işlədir, ancaq onun baytar ixtisası yoxdur.

Göyçay rayonu Nizami küçəsi ərazisində yerləşən baytarlıq aptekini Nuru adlı qaynı işlədir ki, onun da baytarlıq ixtisası yoxdur. Göyçay rayonunda paltar bazarının yaxınlığındakı aptek də qanunsuz fəaliyyət göstərir.

Ağadadaş Hacıyevin qardaşı Qiyasa məxsus olan Göyçay rayonu R.Rza küçəsi və Kolxoz bazarı ərazisində yerləşən baytarlıq apteklərində də baytarlıq ixtisası olmayan şəxslər işləyir ki, bu ciddi qanun pozuntusudur, saxtakarlıqdır.

Qiyas Hacıyevə məxsus Ucar rayonu Müsüslü kəndində yerləşən quşçuluq broylerində antisanitariya, qanunsuzluq baş alıb gedir.

Ağadadaş Hacıyevin Rahim adlı qaynına məxsus Göyçay rayonunda qırmızı körpünün yaxınlığındakı ət kombinatında xəstə mal-qara kəsilərək birbaşa satış nöqtələrinə gətirilir və möhür də bazarda vurulur.

Hansı ki, qanuna əsasən mal-qara kəsilərkən elə oradaca labarator analiz edilib, möhür vurulub sonra satış nöqtələrinə paylanmalıdır.

Bütün bunlar Göyçay Rayon Baytarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edib yaratdığı korrupsiya şəbəkəsinin nəticəsidir.

O, Göyçay rayonunda baytarlıq xidmətini tam inhisarına alıb özbaşınalıqla, saxtakarlıqla məşğuldur ki, bu cinayət əməlidir.

Korrupsioner Ağadadaş Hacıyevə məxsus Göyçay rayonunun mərkəzində, Qarabaqqal və Çayarxı kəndlərində möhtəşəm villaları, Konyak zavodun yaxınlığında böyük ticarət obyektini , İsmayıllı rayonunda 1000 başdan çox qoyun sürüsü olan fermasını, 100 hektarlarla torpaq sahələrini hamısı çirkli pullarla əldə etmişdir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR