17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Türkiyəni hədəfə alan azərbaycanlı İŞİD-çi – Təfərrüatlar bəlli olub
Ankarada təhlükəsizlik qüvvələrinin mayın 21-də gecə saatlarında İŞİD-ə qarşı keçirdiyi əməliyyatın bəzi təfərrüatları məlum olub.İstiPress-in məlumatına görə, bu barədə Ankara valisi Ercan Topaca jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, öldürülən iki İŞİD terrorçuları hakim AKP-nin ötən gün keçirilən qurultayına qarşı terror hücumu planlaşdırıb.
Öldürülən İŞİD-çilərin xarici ölkə vətəndaşları olduqlarını deyən vali onların kimliyini açıqlamayıb.
“Həmin terrorçuların 25-30 yaşlarında olduğu təxmin edilir. Kimlikləri ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Ehtimal edilir ki, yaxın günlərdə terror aktı törədəcəklərdi. Çünki əllərində silahlar, partlayıcılar, uzun mənzilli atıcı silah patronları var idi”, - deyə E.Tpaca bildirib.
Valinin dediyinə görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları gecə saatlarında terrorçuların qaldığı evə qəfil basqın ediblər.
“Onlar basqınlara həmişə hazırdırlar. Ona görə də yatmamışdılar və şiddətli atışma olub. Terrorçular məhv edilib. Saxlanılan terrorçu isə Azərbaycan vətəndaşıdır. Onun adını açıqlamağımız düzgün olmaz. İstanbulda ifadəsi alınır”, – deyə vali bildirib.
Mayın 21-də həmin terrorçuları Ankaraya Azərbaycan vətəndaşlığı daşıyan, kimliyi hələlik açıqlanmayan İŞİD üzvü aparıb və mənzildə yerləşdirib.
Polis azərbaycanlını İstanbulda ələ keçirib və onun verdiyi ifadə əsasında Ankaraya terror aktı həyata keçirmək üçün göndərilən digər iki İŞİD üzvünə qarşı təcili əməliyyat keçirib.
İstanbul polisi Azərbaycan vətəndaşı olan həmin İŞİD-çini neçə vaxtdır izləyirmiş. Onun avtomobil kirayələyərək Ankaraya getməsindən sonra polis hərəkətə keçib, terrorçu yaxalanıb və ifadəsində terror hücumu həyata keçirmək üçün Ankaraya iki İŞİD-çi apardığını etiraf edib.
Xatırladaq ki, ötən gün AKP növbədənkənar qurultay keçirib, prezident Ərdoğan partiyanın sədri seçilib.
Emtv.az