18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Dünyanın ən iri investisiya fondu yaradılır
Yaponiyanın texnologiya nəhəngi “Softbank” Səudiyyə Ərəbistanı ilə müştərək yaratdığı “Vision Fund” investisiya fondu 100 mlrd. ABŞ dolları həcmində vəsaitlə fəaliyyətə başlayır. Emtv.az “Habertürk” saytına istinadən xəbər verir ki, adıçəkilən Fondun qlobal texnologiya sektorunda mühüm dəyişikliklər edəcəyi gözlənilir.
Fonda yaxın 5 ildə ən böyük maliyyə dəstəyini 45 mlrd. dollarla S.Ərəbistanının Dövlət İnvestisiya Fondu verəcək. “Softbank”ın isə “Vision Fund”a 25 mlrd. dollar yatırım edəcəyi gözlənilir. Qeyd edək ki, bununla yanaşı “Apple” və “Sharp” şirkətlərinin hər biri “Vision Fund”a 1 mlrd. dollar verəcəyini bildirib. Fonda investisiya qoyanlar arasında həmçinin “Oracle”, “Foxconn” və “Qualcomm” kimi məşhur texnologiya şirkətləri yer alıb.
Hazırda S.Ərəbistanında olan Yaponiyanın ən zəngin adamı – “Softbank Group”un sahibi Masayoşi Son (Masayoshi Son) “Vision Fund”un rəsmi olaraq paytaxt Ər-Riyadda fəaliyyətə başlayacağını qeyd edib.
Xatırladaq ki, “Vision Fund” 2016-cı ilin oktyabr ayında qurulub və məqsədi dünyada texnologiya sahəsində yeni araşdırmalara dəstək verməkdir.
Emtv.az