SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Baybakov Fondu ÜAK-la bağlı Ali Məhkəməyə müraciət edib

19-05-2017, 13:51 | Oxunub: 8 010 |

Baybakov Fondu ÜAK-la bağlı Ali Məhkəməyə müraciət edib
Rusiya paytaxtında fəaliyyət göstərən N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar Ali Məhkəməyə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə bu ilin aprelində Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və bununla əlaqədar hər iki ölkə başçısının qarşılıqlı ismarışları xatırladılır. Qeyd olunur ki, prezidentlər ölkələr arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişafına əminliklərini bildirib, bu münasibətlərin, çoxşaxəli fəaliyyətin bundan sonra da regionda sülh, sabitlik və tərəqqiyə, xalqların mənafeyinə xidmət edəcəyini vurğulayıblar: "Bütün bunların fonunda Rusiyanın ən böyük ictimai təşkilatının, o cümlədən bizim də 15 ildir əməkdaşlıq etdiyimiz ÜAK-ın qeydiyyatının RF Ali Məhkəməsi tərəfindən ləğvi dərin təəssüf doğurur. Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərdiyi müddətdə Rusiya Federasiyasının qanunlarına riayət edib. Sosial-siyasi sabitlik, Rusiyanın siyasi sisteminə sədaqət, Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ÜAK-ın prioritet vəzifələri olub”.

N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu hesab edir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi haqqında qərar ciddi siyasi və strateji səhvdir: “Biz ümid edirik ki, Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilatının - ÜAK-ın fəaliyyətinin bərpasına dəstək olmaq üçün bütün tədbirləri görəcək”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR