SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Minsk Qrupu həmsədrləri Ermənistanın işğalçılıq siyasətinə dəstək verərək, onları ruhlandırır”- MÜBARİZ ƏHMƏDOĞLU

19-05-2017, 13:35 | Oxunub: 5 844 |

“Minsk Qrupu həmsədrləri Ermənistanın işğalçılıq siyasətinə dəstək verərək, onları ruhlandırır”- MÜBARİZ ƏHMƏDOĞLU
ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatı üzərinə götürdüyü vasitəçilik missiyasının ziddinə olan bir sənəddir.
Bunu açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.


Onun sözlərinə görə, Minks Qrupu həmsədrlərinin bəyanatından belə çıxır ki, atəşkəs rejimini pozan və işğalçılıq siyasətini yürüdən Azərbaycan tərəfidir. “Ona görə də Azərbaycan ittiham olunur. Həmsədrlər Xocavənddə hərbi obyektin vurulmasına görə Azərbaycanı ittiham edir. Ancaq beynəlxalq hüquq normalarına zidd olaraq belə bir zenit-raket kompleksinin Azərbaycan ərazisində yerləşdirdiyinə və təxribata əl ataraq danışıqlar prosesini pozmasına görə İrəvan ittiham olunmur. Bu bir daha Minsk Qrupu həmsədrlərinin işğalçı Ermənistanın işğalçılıq siyasətinə dəstək verərək, onları ruhlandırmağa xidmət edir”- deyə, politoloq vurğulayıb.

Mübariz Əhmədoğlu onu da bildirib ki, erməniləri son illərdə Azərbaycanda beynəlxalq tədbirlər keçirilməsi ciddi narahat etdiyindən, qərbi Avropada anti-Azərbaycan təbliğatını həyata keçirir. “Xüsusən də İslamiadanın Azərbaycanda keçirilməsini gözdən salmaq üçün daha məkrli və hiyləgər bir siyasət yürütməyə başlayıb. İrəvan İslamiadanın Azərbaycanda keçirilməsini islam-xristian qarşıdurması kimi təqdim etməyə çalışır. Bununla da Qarabağ məsələsinə dini don geyindirməyə çalışır. Nə vasitə ilə olur-olsun Azərbaycanı təxribata çəkməyə cəhd edir”- deyə, o, qeyd edib.

Politoloq əlavə edib ki, Minsk Qrupu həmsədrlərinin bəyantından belə çıxır ki, Azərbaycan Dağlıq Qarabağ ərazisində hər hansı obyekti vura bilməz. “Onların düşüncəsinə görə, Azərbaycan Laçında hansısa əməliyyata gerçəkləşdirə bilər, ancaq Dağlıq Qarabağda yox. O baxımdan da Azərbaycan Xocavənddə “OSA” ZRK-nı vura bilməz. Dağlıq Qarabağın statusu müəyyən edilmədən vasitəçilik missiyasını həyata keçirən Minsk Qrupu həmsədrlərinin belə mövqe sərgiləməsi onun fəaliyyətinə tamamilə ziddir. Bu yolla Minsk Qrupu həmsədrlərinin son bəyanatı ermənilərin işğalçılıq siyasətini ruhlandırmağa xidmət edir. Əgər sabah Qarabağda eskalasiya yaranarsa, o zaman regiondakı eskalasiyanın qarşısı ala bilməyəcəklər”- deyə, o, vurğulayıb.

Qarabağda müharibə ehtimalının artmasına gəldikdə isə M.Əhmədoğlu bildirib ki, müharibə ehtimalı yüksəkdir: “Azərbaycan sülh danışıqlarından imtina etməmək şərti ilə ermənilərin istənilən təxribatına cavab verməlidir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR