17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Daha bir ali təhsili olmayan məmur iş başındadır - Səlim Müslümov Masallını və daha 3 rayonu kimə həvalə edib?
Ali təhsili olmayanlara qarşı bir ara mübarizə aparılırmış kimi təəssürat yaransa da, artıq bu dönəm də arxada qalmış hesab oluna bilər. Ən azından ona görə ki, hələ də ali təhsili olmayanlar, saxta diplom sahibi olanlar yeni-yeni vəzifələrə təyin olunurlar. Bu barədə mətbuata daxil olan informasiyalardan belə anlaşılır ki, həmin məmurlardan biri də 10№-li bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi postuna təyinat almış Əsədov Akif Ələsgər oğludur.
Mətbuata bu barədə məlumat verən mənbə bildirir ki, nazirliyə saxta diplom təqdim edən Akif Əsədova bu gün Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı kimi rayonlara nəzarət həvalə olunub. Hər halda bu faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun nədən nəzərə almaması anlaşılan deyil. Bunu da mənbə sual edir.
Onu da qeyd edək ki, Akif Əsədov bu vaxta qədər də eyni nazirliyin tabeliyində olan başqa bir idarəyə rəhbərlik edib, lakin sonradan məhz işində yol verdiyi nöqsanlar səvəvindən görəvindən alınıb. Bunu xatırladan mənbə Əsədovun təkrarən etimada layiq görülməsində də kifayət qədər müəmmaların olduğunu iddia edir.
Emtv.az