SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda yüksək təqaüd alanları sizdə tanıyın-SİYAHI

19-05-2017, 12:02 | Oxunub: 8 249 |

Azərbaycanda yüksək təqaüd alanları sizdə tanıyın-SİYAHI
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 58 min 165 nəfərə ölkə prezidentinin təqaüdü təyin edilib.

Bu şəxslərə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 131 manat 68 qəpik olub.
Bu cür təqaüd alanlar arasında ümumi səbəblərdən I qrup əlilliyi olanlar üstünlük təşkil edir. 21 min 69 nəfər I qrup əlilliyi görə təqaüd alır.

I qrup əlilliyi görə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 66 manat təşkil edir. İkinci sırada müharibə əlilləri dayanır. Bu kateqoriyada təqaüd alanların sayı 20 min 304 nəfər olub. Müharibə əlillərinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 139 manat 85 qəpik olub. Üçüncü sırada isə 12 min 861 nəfərlə şəhid ailələri yer alır. Şəhid ailələrinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 187 manat 21 qəpik olub. Ən yüksək təqaüd məbləği isə Prezidentin fərdi təqaüd təyin etdiyi şəxslər alır.

Hazırda Azərbaycanda 398 nəfər Prezidentin fərdi təqaüdünə layiq görülüb və bir nəfərə düşən orta məbləğ 1300 manata bərabər olub. Bundan başqa Milli Qəhrəman adı verilən şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına verilən təqaüdün də məbləği yüksək olub – 1285 manat.

Bunlardan başqa, 222 nəfər “Xalq” fəxri adına, 2 min 344 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır. “Xalq” fəxri adına görə verilən təqaüdün orta məbləği 100 manat, “Əməkdar” fəxri adına görə verilən təqaüdün orta məbləği isə 60 manat olub və Prezidentin təqaüdləri arasında ən aşağı göstərici hesab edilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR