SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

KREML AZƏRBAYCAN DİASPORA TƏŞKİLATINI NİYƏ LƏĞV ETDİ? - Britaniyalı ekspertdən ŞOK İDDİA

18-05-2017, 12:44 | Oxunub: 7 295 |

KREML AZƏRBAYCAN DİASPORA TƏŞKİLATINI NİYƏ LƏĞV ETDİ? -  Britaniyalı ekspertdən ŞOK İDDİA
“Bu, yalnız aysbergin görünən hissəsidir”

Rusiyada Azərbaycan Diaspora təşkilatının ləğv edilməsi Rusiya və Azərbaycan arasındakı gərginlikdə “aysberqin yalnız görünən hissəsidir”, britaniyalı ekspert deyir. Mayın 15-də Rusiyanın Ali Məhkəməsi Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası təmin edərək müvafiq qərar cıxarıb.

Britaniyada mənzillənən Qafqaz üzrə ekspert Dennis Sammut hesab edir ki, ÜAK-la bağlı qərar iki ölkə arasında “ciddi problemlərin olduğunu ortaya qoyur” və əlaqələrdəki daxili gərginliyin yalnız “üzdə olan hissəsini” göstərir.

“Bu, yalnız aysbergin görünən hissəsidir”, o deyir. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan əlaqələrində belə bir addım kifayət qədər yenidir və gözlənilməz olub.

“Rusiyalı casuslar”
KREML AZƏRBAYCAN DİASPORA TƏŞKİLATINI NİYƏ LƏĞV ETDİ? -  Britaniyalı ekspertdən ŞOK İDDİA
Moskvanı açıq tənqid etməkdən yayınan, strateji tərəfdaşlıq barədə danışan rəsmi Bakı hazırda Rusiyanı “qeyri-dost” addımda ittiham edir.
Dennis Sammut hesab edir ki, bunun iki izahı ola bilər:


Birincisi: Azərbaycan Sankt-Peterburq görüşündən sonra Qarabağ probleminin həllilə bağlı gözlədiyi inkişaf olmadığına görə Moskvadan narazıdır.
İkincisi: Azərbaycanın Silahlı Qüvvələrində son günlər baş verən proseslərə görə narahatlıq mövcuddur.


“Ötən gün Milli Məclisdəki müzakirələr vaxtı casusluqda ittiham edilən onlarla azərbaycanlı zabitin məsələsi səsləndirildi. Bundan bir-iki gün əvvəl hamı düşünürdü ki, onlar Ermənistan xeyrinə casusluqda təqsirləndirilirlər. Lakin indi belə görünür ki, onları Rusiyaya casusluqda ittiham edirlər”, - Münaqişə və dovlət quruluculuğu üzrə LİNKS təhlil mərkəzinin direktoru doktor Dennis Sammut bildirib.

Britaniyalı icmalçının sözlərinə görə, bu, Azərbaycanın siyasi sistemində narahatlıq yaradır. Milli Məclisin iclasında Azərbaycan Silahlı Qüvvələri daxilində ifşa olunmuş təxribatçı qrupun fəaliyyətində Rusiyanın rolunun araşdırılması barədə məsələ qaldırılıb.
“İctimai Təşkilatlar haqqında” qanunu əsas götürən Rusiya Ədliyyə Nazirliyinin iddiasında ÜAK nizamnaməni pozmaqda ittiham olunur. Ədliyyə Nazirliyinə əsasən diaspor təşkilatı pozuntuları verilmiş möhlət ərzində aradan qaldıra bilməyib.
2001-ci ildə yaradılan ÜAK ittihamları rədd edir və apellyasiya şikayəti verəcəyini bildirib – hüquqi müstəvidə çəkişmələr hələ də davam etməkdədir.

KREML AZƏRBAYCAN DİASPORA TƏŞKİLATINI NİYƏ LƏĞV ETDİ? -  Britaniyalı ekspertdən ŞOK İDDİA
Bu arada 2 milyonadək üzvü olduğunu deyən təşkilatın ləğvilə bağlı müxtəlif versiyalar səsləndirilir.
BBC Azərbaycancaya danışan politoloq Zərdüşt Əlizadə hesab edir ki, ÜAK-ı bağlamaqla Moskva Azərbaycana “yerini göstərmək” istəyib: “Bakı artıq Rusiyanın bütün tələblərini yerinə yetirir. Sadəcə olaraq Moskva ÜAK-ı ləğv etməklə kimin hakim olduğunu göstərmək istəyib”.

Zərdüşt Əlizadənin sözlərinə görə rəsmi ittihamın əsaslı olub-olmamasının işlə heç bir əlaqəsi yoxdu.
ÜAK sənədləri tələblərə uyğun saxlamaya da bilərdi. Bu başqa qurumlarda da olur. Ama bu səhvlər onların ləğvilə nəticələnmir


Politoloq hesab edir ki, “böyük hadisənin kiçik bir izahı” da ola bilər və çox güman ki, məsələ həm də bürokratik oyunların nəticəsidir.
“Yəni bürokratik qurum (Ədliyyə Nazirliyi) deyə bilər ki, biz işimizi yerinə yetirir, qanun tələblərinə ciddi riayət edirik. Yəni təşkilatın ləğvi bürokratik səmərəliliyi göstərmək üçün atılmış addım da ola bilər”.

Əməkdaşlıq “dərin olsun”
KREML AZƏRBAYCAN DİASPORA TƏŞKİLATINI NİYƏ LƏĞV ETDİ? -  Britaniyalı ekspertdən ŞOK İDDİA


BBC Azərbaycancaya danışan Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, ÜAK-ın bağlanılmasına səbəb məhkəməyə təqdim edilmiş administrativ səhvlər barədə ittihamdır.
Hərçənd ki, o əlavə edir ki, bu kimi məsələnin siyasi tərəfi də var.


Belə ki, diaspor qurumları “ikili açar” sistemində idarə olunmalıdırlar. Yəni Rusiya diaspor qurumlarının Azərbaycanda və Azərbaycan diaspor qurumlarının Rusiyada idarəsi bənzər, simmetrik qaydalara əsaslanmalıdır.
Onun sözlərinə görə prezidentlər arasında münasibətlərin yaxşı olmasına rəğmən idarə edən orqanlar arasında əməkdaşlıq daha zəifdir: “Bu məsələdəki əsas ibrət: əməkdaşlıq daha dərin olmalıdır”.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır(BBC Azərbaycanca).

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR