SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Qalmışıq çöllərdə”: Şamaxı və Qobustan sakinləri imdad diləyir – Fotolar

18-05-2017, 11:05 | Oxunub: 9 520 |

“Qalmışıq çöllərdə”: Şamaxı və Qobustan sakinləri imdad diləyir – Fotolar
Ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib. Emtv.az “ARB TV”yə istinadən xəbər verir ki, nəticədə, ətraf ərazilərə düşən sel bir sıra fəsadlar yaradıb.
Sel suları Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qobustanın Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşu tələf olub. Elektrik dirəklərinin aşması nəticəsində kəndin enerji ilə təminatı dayandırılıb. Hazırda xətlərin bərpası işləri aparılır.


Şücaət Şükürov (sakin): “Səsinə ayıldım. Sel ilə mənim evimin arasında 10 metr fərq var. Mal-qara da çöldə . Digər heyvanları çıxartdım, amma balalı inəyi çıxara bilmədim. İnək əlli-ayaqlı yoxa çıxdı”.

Cavid Əkbərov (sakin): “Toyuqlar ölüb. Televizor, soyuducu, video hamısı içəridədir. Qalmışıq çöllərdə, sığınacaq istəyirik”.
İlhamə Əkbərova (sakin): “Ayıldıq, bir də gördüm deyir ki, sel gəlir, durun ayağa. Qonşular harayımıza gəlib. 4 baş ailə çöldə qalmışıq”.

Əhaliyə dəyən ziyan müəyyənləşdirilir.

Qəbələdə isə gecə saatlarında güclü leysan və dolu yağması müşahidə olunub. Bəzi ərazilərdə şəxsi təsərrüfatlara və meyvə ağaclarına, habelə avtomobillərə kiçik həcmli ziyan dəyib. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə, bəzi küçə və ara yollarda suyun səviyyəsi çoxalıb. Kəndlərdə, eləcə də, əkin sahələrində heç bir tələfat qeydə alınmayıb.

Şimal-qərb bölgəsində yağıntılı hava şəraitinin sabahdan etibarən düzələcəyi gözlənilir.

“Qalmışıq çöllərdə”: Şamaxı və Qobustan sakinləri imdad diləyir – Fotolar

“Qalmışıq çöllərdə”: Şamaxı və Qobustan sakinləri imdad diləyir – Fotolar

“Qalmışıq çöllərdə”: Şamaxı və Qobustan sakinləri imdad diləyir – Fotolar

“Qalmışıq çöllərdə”: Şamaxı və Qobustan sakinləri imdad diləyir – Fotolar


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR