18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakı şəhər Prokurorluğunda YENİ TƏYİNATLAR
Bakı şəhər Prokurorluğunda yeni təyinatlar olub. Bakı şəhər Prokurorunun köməkçisi Günel Əkbərli və Fuad Tağıyev tutduqları vəzifədən azad edilib. G.Əkbərli Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə, F.Tağıyev isə Bakı şəhər Prokurorluğunun Daxili İşlər Orqanlarına Nəzarət İdarəsinə prokuror təyin edilib. Bundan başqa Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Azad Fətullayev və həmin Baş İdarənin İstintaq İdarəsinin böyük prokuroru Tural Aslanov Bakı şəhər prokurorunun köməkçisi təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl İlqar Abbasov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokuroru təyin edilib. O, bu vəzifədə Ali Məhkəmənin hakimi təyin edilən Əziz Seyidovu əvəz edib.
Emtv.az