18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Tanışını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Rəşad Həsənov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rəşad Həsənov 2 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Hakim hökmü elan edən zaman bildirib ki, Rəşad Həsənov zərərçəkmişlə barışıb. Hökm zamanı Rəşad Həsənovun iki azyaşlı uşağının olması da yüngülləşdirici hal kimi qiymətləndirilib.
Qeyd edək ki, hadisə bu il Yeni Suraxanı qəsəbəsində baş verib. Gədəbəy rayon sakini Rəşad Həsənov tanışı Balaxanı sakini Akif Quliyevlə mübahisə edib. Tanışlar arasında mübahisə söyüşlə nəticələnib. Bu zaman Rəşad Həsənov bıçaqla Akif Quliyevi bıçaqlayıb.
Suraxanı Polis İdarəsinin əməkdaşı tərəfindən Rəşad Həsənov həbs edilib.
Emtv.az