SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

66 sahibkarın qanuni obyekti sökülür-Sumqayıt bazarında qalmaqal

15-05-2017, 12:11 | Oxunub: 9 529 |

66 sahibkarın qanuni obyekti sökülür-Sumqayıt bazarında qalmaqal
Sumqayıtın “Şərq Bazarı” ətrafında baş verən olaylar 2011-ci ildən başlayıb və çəkişmə qurtarmaq bilmir. Uzun müddətdir mətbuatın gündəmindən düşməyən məsələ dəfələrlə ölkənin müxtəlif mətbu orqanlarında və telekanallarda işıqlanıb, çoxsaylı məhkəmə prosesləri keçirilib.

Məsələnin kökündə “Şərq bazarı”nın direktoru Rəşid Babayevin və onun məmur havadarlarının 66 sahibkara məxsus dükanı onların əlindən almaq, həmin obyektləri söküb, yerində özünə yeni obyektlər tikməkdir. İş ilə bağlı keçirilən bütün məhkəmə instansiyaları sahibkarların xeyrinə qərar çıxarıb. R.Babayev bütün məhkəmələrdə uduzan tərəf olub. Buna baxmayaraq sahibkarlar daima R.Babayev və yerli məmurlar tərəfindən təzyiqə, təhdidə məruz qalır. Ötən il isə onların dükanlarının qabağı İcra Hakimiyyəti tərəfindən hasarlanıb. Bu da onların onsuz da pis olan ticarət dövriyyəsinə çox pis təsir edib.

Məhkəmənin qərarı ilə Əmlak Komitəsi R.Babayevin və şərikinin mülkiyyətində olan 1 hektar 8 sotdan ibarət olan topaq sahəsinin çıxarışını ləğv edib və həmin ərazinin 25 sotu sahibkarların mülkiyyətinə verilib, yəni haqq-ədalət bərqərar olub. Üstəlik Babayevin sənədləri, mülkiyyətinə olan çıxarışları ləğv olunduğundan və ərazisi 25 sot azaldığından Əmlak Komitəsi ona yenidən komitəyə ərizə ilə müraciət etməyi tövsiyyə edib. Amma çox qəribə də olsa, R.Babayev indiyədək Əmlak Komitəsinin Sumqayıt Ərazi idarəsinə müraciət etməyib və qalan torpaq üzərində olan mülkiyyət hüququnu rəsmiləşdirməyib. Yəni hazırda onun sahibkarları məhkəməyə verməyə hüququ da yoxdur.

Onu da bildirək ki, sahibkarların yerləşdiyi yer onların şəxsi mülkiyyətidir və ərazi ümumən ümumilikdə eyni – “Şərq bazarı”adlansa da, Babayevə məxsus ərazi, inzibatı bina, bazar korpusu tamamilə ayrıdır.

Sahibkarlar bildirir ki, bir neçə gün əvvəl icra başçısı Zakir Fərəcov çoxsaylı işçiləri ilə əraziyə gələrək, sahibkarlarla yox, “bazarkom” Rəşid Babyevlə görüşüb. Halbuki Zakir Fərəcov keçən il yayda elə qəbuluna düşən sahibkarların nümayəndələri ilə söhbətində demişdi ki, onların da təqdim etdiyi yeni layihəyə baxıla və müzakirə oluna bilər. Amma bu dəfə icra başçısı ilə görüşmək istəyən sahibkarları yaxına buraxmayıblar.

Zakir Fərəcov “bazarkom”la söhbətində bildirib ki, ərazidəki obyektlər söküləcək və yerinə 4 mərtəbəli Ticarət Mərkəzi tikiləcək. Bəs “66 sahibkarın hər biri dövlət sənədi qaydasında olan dükanları necə olacaq” sualının cavabında isə bildirilib ki, hamısı söküləcək, lazım olsa, güc tədbiq olunacaq. Sahibkarların isə hər birinə guya təzə tikilən ticarət mərkəzindən 16 kv.m.-lik yer veriləcək (Halbuki Əmlak Komitəsindən verilən sənədə görə, sahibkarların yeri 20 kv.metrdir). Amma sahibkarlar dükanlarının qərarsız-filansız abadlıq bəhanəsi ilə sökülməsinə qarşıdırlar. Onlar düşünür ki, dükanları söküləndən sonra tikilə biləcək Ticarət Mərkəzində onlara 1 kvadratmetr belə yer verilən deyil. Uzağı onlara icarərəyə yer təklif olunacaq. Bundan başqa sahibkarlar haqlı olaraq deyir ki, şəxsi mülkiyyət yalnız dövlət ehtiyacı üçün sökülə bilər və qanunla da bunun üçün müvafiq kompensasiya nəzərdə tutulur.

Bazarın ətrafındakı yolların qabağına traktor vasitəsilə daş blokların qoyulması və maşınlara giriş-çıxışın bağlanması da onu göstərir ki, İcra Hakimiyyəti ölkə qanunlarına məhəl qoymadan sahibkarların qanuni dükanlarını heç bir məhkəmə qərarı olmadan sökmək istəyir və bunu abadlıq bəhanəsi ilə edir. Halbuki, sahibkarlarlar dükanların müasir standartlara cavab verməsi üçün bütün təklifləri, habelə abadlıq işlərini həmişə dəstəkləyiblər. Sahibkarlar deyir ki, abadlıq yaxşı şeydir, amma bu, mülkiyyət hüququnun tapdanması hesabına baş verməməlidir.

“2014-cü ildə ərazini abadlaşdırmaq işi Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin müdir müavini Kamil Məmmədova tapşırıldı və sahibkarlar da ərazini öz şəxsi vəsaitləri hesabına abadlaşdırmağa başladılar, 100 min manatdan çox xərc də çəkdilər, amma iş başlayandan bir müddət sonra Rəşid Babayev Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verdi. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırıldı. Bu onu göstərir ki, abadlıq məsələsi bəhanədən başqa bir şey deyil. Əgər abadlıq əsas məqsəd olsa idi, Rəşid Babayevin yolun kənarındakı antisanitariya vəziyyətində olan, qanunsuz meyvə-tərəvəz bazarı uzun illərdir fəaliyyət göstərməzdi. Məqsəd tamam başqadır” – deyə sahiblarlar mətbuata ünvanladıqları şikayət məktubunda bildirirlər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR