SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda “WhatsApp” və “Skype” problemi – Niyə məhdudiyyət qoyulub?

15-05-2017, 10:57 | Oxunub: 7 694 |

Azərbaycanda “WhatsApp” və “Skype” problemi – Niyə məhdudiyyət qoyulub?
Son günlər dünyanın ən məşhur mobil messenceri “WhatsApp” və “Skype” ilə bağlı Azərbaycanda problemlər yaşanır.

Messencerin istifadəçiləri videozəng və zəng funksiyasından istifadə edə bilmir. Proqramarın zəng xidmətlərinin yalnız ölkəmizdə işləmədiyi bildirilir.

Məsələ ilə bağlı açıqlama verən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz belə halın olduğunu təsdiqləyib. Bildirib ki, bu kimi hallar adətən mobil operatorlardan qaynaqlanır: “Ola bilsin ki, bu problem mobil operatorların sistemində və provayderlerdədir. Bunu araşdırmaq lazımdır.
Lakin vurğulamaq lazımdır ki, bu problemlərin olmasında daha çox mobil operatorlar maraqlıdırlar. İnternet üzərindən aparılan zəng-danışıqlar onların gəlirlərinə müəyyən qədər təsir edir. Amma bu problem provayder səviyyəsində də ola bilir”.


Azərbaycanda “WhatsApp” və “Skype” problemi – Niyə məhdudiyyət qoyulub?

Forum prezidenti hesab edir ki, hazırda ölkəmizdə beynəlxalq yarışların keçirildiyi bir zamanda bu məhdudiyyətin olması arzuolunan deyil: “Bununla bağlı Azərbaycanda tənzimləyici funksiya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindədir. Hesab edirəm ki, xüsusən indiki dövrdə – beynəlxalq yarışların keçirildiyi zamanda bu, arzuolunan bir şey deyil. Bura gələn kifayət qədər qonaqlar var ki, onlar internetə sərbəst giriş əldə edə bilirlər. Artıq şəhərdə pulsuz Wi-Fi interneti də var. Yəqin ki, qonaqlar bundan istifadə etməyə çalışacaqlar. Məhdudiyyətin olduğunu görəndə bu, onlar üçün pis sürpriz olacaq. Ona görə hesab edirəm ki, nazirlik bu məsələnin kökünü araşdırmalıdır”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR