SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Bakıya gələcək ulduzların qəribə istəkləri: təzə unitaz, 200 dəsmal, it üçün vanna...

12-05-2017, 13:22 | Oxunub: 9 685 |

Bakıya gələcək ulduzların qəribə istəkləri: təzə unitaz, 200 dəsmal, it üçün vanna...
Dünya ulduzları konsert vermək təklifi alanda ilk növbədə rayderlərini təqdim edirlər. Onların gedəcəkləri yerdəki çıxış qonorarı ilə yanaşı istəkləri də hər kəsi təəccübləndirir.

Ölkəmizdə baş tutacaq “Formula 1” yarışları çərçivəsində Meray keri, Tarkan, Nikol Şerzinger kimi tanınmış müğənnilər və "Black Eyed Peas" qrupunun konserti gerçəkləşəcək. Görəsən, həmin ulduzların rayderləri nədən ibarətdir?

Emtv.az həmin ifaçıların rayderlərini təqdim edir.

Onlar indiyə kimi getdirləri konsertlərdə bunları tələb ediblər:

Meray Keri dünyanın ən kaprizli ulduzlarındandır. Onun istəkləri arasında ilk növbədə dəyəri 1500 dollar olan şampan şərabından bir neçə şüşə olmasıdır. Onun qalacağı otaqda unitaz, əlyuma yeri və vanna yeni quraşdırılmalıdır. Tutacaqlar isə qızılı dəmirdən olmalıdır. Otaqda mütlək yumuşaq oyuncaqlar, 200 ədəd dəsmal, təbii güllər yerləşdirilməli, yerə və yatağa qızılgül ləçəkləri tökülməlidir. Meray Keri mineral su ilə vanna qəbul etməyi xoşlayır. Keri getdiyi yerə itini də aparır. İti üçün də əlavə vanna quraşdırılmasını tələb edir. O, mineral su ilə vanna qəbul edərkən, iti də onun yanında olmalı və mineral su ilə doldurulmuş vannaya uzadılmalıdır. Ən əsası isə o səhnəyə çıxanda kulisdə xüsusi bir adam qoyulmalıdır. Nikol səhnəyə çıxanda ona saqqızını verməlidir.

Nikol Şerzinger də getdiyi yerdə rayderlərini ilk təqdim edənlərdəndir. Onun rayderinə ilk növbədə sıyıq daxildir. Daha sonra isə dənli bitkilərdən olan qidalar olmalıdır. Qrim otağında 20 dəsməl yerləşdirilməlidir. Onlar isə mütləq qara rəngdə olmalıdır. Ekzotik meyvələr yer almalıdır. Otaqdan gözəl qoxu gəlməlidir. Nikol meneceri ilə eyni mərtəbədə qalmalıdır.

Tarkan rayderində ilk növbədə onun yaradıcılığı ilə bağlı istəklər yer alır. Orkestri ilə eyni oteldə qalmalıdır, onların yeməyi, rahatlığı yüksək səviyyədə təşkil edilməlidir. Kulisdə viski, antep fıstığı və çoxlu dəsmal olmalıdır. Onları görməyəndə çox əsəbiləşir. Konsert hazırlığı uzun vaxt aparır. Kulisdə çox səs-küy olmamalıdır. Rahatlamaq üçün çoxlu bitki çayı içir. Özəl olaraq Bolqarıstandan gətirilən bitki qarışıqlı çayı içməsə, səhnəyə çıxmır.

"Black Eyed Peas" qrupunun rayderi 38 səhifədən ibarətdir. Təkcə kulisdə ən bahalı brenddən olan araqdan 5 şüşə, 11 ədəd ağ pendir və ispanaqdan hazırlanan sendviç, 8 ədəd donuz ətindən hazırlanan sendviç, 42 şüşə su, portağal, kokteyl və başqa tələblər olmalıdır. Özləri ilə birlikdə heç bir texniki avadanlıq gətirmirlər. Hamısını təşkilatçı özü təmin etməlidir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR