17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı başa çatıb
Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə festivalın baş hakimi Faiq Həsənov çıxış edərək şahmatçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib.
“C” qrupunda 6 yaş qrupu üzrə qaliblər mükafatlandırılıb. Belə ki, 8, 10 və 12 yaşlı oğlanların mübarizəsində müvafiq olaraq Atilla İbayev (Bakı), Yusif Abbasov (Quba) və Hüseyn Seyid (Ordubad), qızların mübarizəsində isə Zərifə Abbasova (8 yaş), Aydan Şükürova (10 yaş, hər ikisi Bakı) və Balakən təmsilçisi Fidan Bayramova (12 yaş) qalib adını qazanıblar. Ümumi olaraq isə “C” qrupunun qalibi naxçıvanlı zəka sahibi Hüseyn Seyid olub.
“B” qrupunda əvvəlcə beynəlxalq əmsalı 0-1749 olan idmançılar mükafatlandırılıb. Bu nominasiyada Babək şahmatçısı Hatəm Kətanov qalib olub. Əmsalı 1750-1999 olan şahmatçıların mübarizəsində isə Biləsuvar təmsilçisi Xəzər Babazadə hamını qabaqlayıb. Gəncə şahmatçısı Amil Abbasov 7,5 xalla “B” qrupunu lider kimi başa vurub və baş mükafatı qazanıb. Digər iki pillədə 7 xalla Çingiz Rzayev (Quba) və Rəşad Zeynallı (Bakı) qərarlaşıblar.
Sonra yarışda yaxşı nəticə göstərmiş ən kiçikyaşlı şahmatçı və ən yaxşı qadın zəka sahibi mükafatlandırılıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalının “A” qrupunun qalibi, ukraynalı beynəlxalq usta Valeri Qrinev olub. O, 7 xalla bütün rəqiblərini qabaqlayıb. 6,5 xal toplayan belçikalı qrossmeyster Vadim Malaxatko və azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərov ikinci və üçüncü pillələri bölüşüblər. Ümumilikdə, “A” qrupunda 12 zəka sahibi mükafatlandırılıb. Beynəlxalq festivalın qalibi Valeri Qrinevə kuboku və mükafatı Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov təqdim edib.
Sonda çıxış edən federasiyanın sədri ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş şahmat festivalının keçirilməsinin artıq ənənə halını aldığını bildirib və zəka sahiblərini növbəti ildə də keçiriləcək beynəlxalq şahmat festivalına dəvət edib.
Bununla da, “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı başa çatıb.
Emtv.az