18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Taksi dayanacaqları müasirləşdirilir- FOTOLAR
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın nəqliyyat sisteminin, o cümlədən taksi xidmətinin modernləşdirilməsi, bu sahədə göstərilən xidmətlərin şəhərin müasir simasına uyğunlaşdırılması işləri çərçivəsində daha bir yeniliyə imza atıb.
BNA-dan verilən məlumata görə, qurumun pasportlaşdırdığı 79 taksi duracaqlarının müəyyən edilmiş standartlara uyğunlaşdırılmasına başlanılıb. Hazırda davam etməkdə olan bu proses çərçivəsində artıq paytaxtın müxtəlif küçə və prospektində yerləşən 11 taksi duracağında yeni və beynəlxalq standartlara uyğun formada dizayn edilərək xətlənmə və nişanlanma işləri aparılır. Taksidən istifadə edən sərnişinlərin təhlükəsizliyi məqsədi ilə, duracağın ətrafında dəmir məhəccərlər qoyulub. Duracaqdan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlərin də rahat istifadə edə bilməsi üçün panduslar da quraşdırılıb.