17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanlı iş adamının amerikalılarla mübahisəli biznesi – FOTO
Rusiyanın Novosibirsk şəhərində yerləşən “Traveler’s Coffee” MMC şirkətinin icraçı direktoru Yevgeni Mixiyenko azərbaycanlı biznesmen Ənvər Piriyevi onun biznesini reyder üsulu ilə ələ keçirməkdə ittiham edir.
Mixiyenko ilə Piriyev arasında “Traveler’s Coffee” brendi uğrunda çoxdandır davam edən çəkişmə yeni səviyyəyə çıxıb. Piriyevin şikayət ərizəsi əsasında Moskva polisi dələduzluq maddəsi ilə cinayət işi qaldırıb və şirkətin Novosibrisk ofisində, habelə Mixiyenkonun mənzillərində axtarış aparıb.
Mixiyenko izə öz növbəsində Rusiya İstintaq Komitəsinin sədri, general Aleksandr Bastrıkinə şikayət yazıb ki, DİN əməkdaşları özbaşınalıq edir və Piriyevə onun biznesini reyderliklə ələ keçirməkdə kömək göstərir.
Mixiyenko ilə Piriyev arasında münaqişə ötən ilin yayında başlayıb. Münaqişənin motivi “Traveler’s Coffee” brendinə iddia etmək və fransız hüququnun kimdə olması barədədir. Bu münaqişə başlamazdan əvvəl Piriyevin və Mixiyenkonun həmin brenddə ortaqlığı barədə.
Crimerussia.ru saytı yazır ki, ilk “Traveler’s Coffee” 1997-ci ildə Novosibirskdə Amerika vətəndaşı Kristofer Tara-Braun tərəfindən açılıb. 2001-ci ildə bu brend “Rospatent” tərəfindən qeydə alınıb, bir il sonra Ənvər Piriyev amerikalı ilə ortaq olub. Onlar birlikdə həmin brend altında daha bir neçə kafe açıblar. Bir neçə il sonra Piriyev və Tara-Braun öz paylarının yarısını 3 amerikalı investora satıb. Amerikalılar kafe şəbəkəsinin genişləndirilməsinə 9 milyon dollar yatırıb. Nəticədə biznes genişlənib və Rusiya və MDB ölkələrində “Traveler’s Coffee”lərin sayı 135-ə çatıb. Onlardan 11-i Novosibirskdədir.
2012-ci ildə səhmdarlar öz aktivlərini Kiprdə təsis etdikləri “Traveler’s Coffee International limited” şirkətinə dövr ediblər. Piriyev həmin şirkətdə 21 faizlik paya malik olub. Kafelər şəbəkəsini idarə etmək üçün Kipr şirkətinin 100 faizlik səhm iştirakı ilə “Traveler’s Coffee” MMC (Novosibrskdə) təsis edilib.
2014-cü ilin sonlarında Piriyevlə şirkətin əsas səhmdarları arasında münaqişə başlayıb. Piriyev şəbəkədə ona məxsus kafeləri idarə etmək üçün öz şirkətini -“Traveler’s Coffee Moskva”nı yaradıb, partnyorları öz tərəfinə çəkməyə başlayıb. 2015-ci ildə ortaqlar məsələni dinc yolla həll etməyi razılaşdırıblar, şirkəti bölüblər və Piriyev səhmdarların sırasından çıxaraq əvəzində birbaşa şirkətin mülkiyyətində olan kafelərdən 5-ni, françayzinqlə fəaliyyət göstərən kafelərdən isə 25-ni əldə edib. Habelə razılaşmaya əsasən 2021-ci ilə qədər Rusiya ərazisində bu brenddən istifadə etmək haqqı qazanıb.
Şəbəkənin əsasını qoyan Amerika vətəndaşı Tara-Braun isə Rusiya ilə münasibətlərin kəskinləşdiyi bir vaxtda ölkəsinə dönüb. Tezliklə eyni brendə iddia edən iki şirkətin fəaliyyətinə görə ziddiyətlər, məhkəmə çəkişmələri başlayıb. Kipr şirkəti Piriyevi məhkəməyə verərək onun brendə iddia etmək hüququnun olmadığını bildirib, dəfələrlə təzminat iddiaları qaldırılıb. Lakin bu çəkişmələr zamanı məlum olub ki, Kipr şirkətinin əvvəlki icraçı direktoru Aleksey Neçayev “Traveler’s Coffee” brendini Piriyevə satmaq barədə müqavilə bağlayıbmış. Hansı ki, şirkətin amerikalı səhmdarları bu müqavilədən xəbərsiz olduqlarını deyirlər.