SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Əməkdar artistlər Vəfa Zeynalovanı müdafiə etdi, jurnalistlər isə... - qarşıdurma

11-05-2017, 12:34 | Oxunub: 8 539 |

Əməkdar artistlər Vəfa Zeynalovanı müdafiə etdi, jurnalistlər isə... - qarşıdurma
Aparıcı Elgiz Əkbərin “Elin gözü” verilişində əməkdar artist Vəfa Zeynalovanın “Cavabım var” rubrikasındakı çıxışı müzakirə olunub.

Həmkarları aktrisanın ünvanlanan sualların heç birinə cavab verə bilməməsinə münasibət bildirib.

Əməkdar artist Əli Nur qadın həmkarını müdafiə edib. O bildirib ki, savadın onun canlandırdığı rola aidiyyatı yoxdur:

“Teatr, kino aktyor və aktrisaları seçilərkən onların intellekti heç vaxt nəzərə alınmır. Onların fiziki görünüşləri və talantları, emisiyaları nəzərə alınır. Aktrisa Natavan roluna çəkilirsə, onun xalqın səsi olan, görünüşü və gözəlliyi olmalıdır. Aktrisa səhnədə istedadlıdırsa, intellektinin dəxli yoxdur. İntellekt rejissora lazımdır. Vəfa Zeynalova intellektli aktrisadır. Bilik aktrisa üçün əzabdır. İnsan çox bildikcə, əziyyət çəkir”.

Aparıcı E.Əkbər aktyorun fikirlərinə etiraz edib:

“Rejissorun üzərinə böyük məsuliyyət qoyursunuz. Rejissor gəlir aktrisanı başa salır, onunla işləyir. Amma rejissor görsə ki, akstrisanın intellekti yoxdur, əziyyət çəkər”.

Əməkdar artist Mehriban Xanlarova isə biliyin aktrisalıq istedadına aidiyyətinin olmadığını söyləyib:

“Əgər bizə hansısa obraz verilirsə, onu araşdırır, həyatını öyrənirik. Mən çox aktyorlardan da savadsızam. Məktəbdə də pis oxuyan şagird olmuşam. Bunu demək mənim üçün ayıb deyil. Universitetə qəbul olanda mən baş rol ifaçısıydım, İlyas Əfənidyevin “Sarı köynəklə Valehin nağılın”da oynayırdım”.

Əməkdar artist Vahid Əliyev də V.Zeynalovaya haqq qazandırıb:

"İnsanlar bütün suallara cavab bilirlər? Əlbəttə, yox. Adam dahi yanında adam olur. Aktyor sənəti hobbi ola bilər. Amma rejissorluq elmdir. Yaradıcı adam savadı olmadıqda müəyyən bir həddə dayanır. Ruhla işləyən adamlar var".

Proqramda jurnalistlərlə aktyorlar arasında məsələ ilə bağlı qarşıdurma yaranıb.





Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR