17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda “Wi-Fi” üstündə kütləvi dava – 2 nəfər bıçaqlanıb
Bakının Xəzər rayonunda “Wi-Fi” simsiz internet şəbəkəsi üstündə düşən kütləvi dava nəticəsində 2 nəfər bıçaqlanıb.
Hadisə Zirə qəsəbəsinin Naxçıvan küçəsində qeydə alınıb.
Belə ki, Əliyev Emin Zabit oğlu və 1982-ci il təvəllüdlü Əliyev Ələkbər Əlhümmət oğlu yaşadıqları evin qonşuluğundakı fərdi yaşayış evinin qapısının yaxınlığında duraraq “Wi-Fi”dan istifadə edirlərmiş. Bu zaman 1997-ci il təvəllüdlü Əliyev Amid Qurbanəli oğlu və onun qardaşı (hələlik adı açıqlanmır) qapının yaxınlığında duraraq internetdən icazəsiz istifadə edən şəxslərə öz iradlarını bildiriblər. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə A.Əliyev bıçaqla E.Əliyevə və Ə.Əliyevə xəsarətlər yetirib.
Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. A.Əliyev və onun qardaşı saxlanılıb.
Emtv.az