18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Avropa İttifaqı Şurası Ukrayna ilə viza rejiminin ləğvinə qərar verib
Avropa İttifaqı Şurası bu gün Ukrayna ilə viza rejiminin ləğvinə dair qərar qəbul edib.
Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko açıqlama yayıb. “Elə indicə Avropa İttifaqının Nazirlər Şurası bizlərə – Ukrayna vətəndaşlarına vizasız səyahət hüququ verən yekun qərar qəbul edib. Mayın 17-də Strasburqda bu barədə müvafiq qanunvericilik aktı təntənəli şəkildə imzalanacaq. Bu, yəqin ki, mənim Ukrayna dövlətinin rəhbəri postunda 3 illik fəaliyyətim dövründə ən vacib səfərlərdən biri olacaq”, – deyə o, söyləyib.
P. Poroşenko bildirib ki, qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək: “Təxminən 11 iyun tarixində 34 Avropa ölkəsi vizasız səfərlər üçün Ukrayna biometrik pasportunun sahiblərinə yaşıl işıq yandıracaq. Bu, sadələşdirilmiş viza rejimindən daha böyük məna kəsb edir. Bu, dövlətimizin müstəqilliyinin, insanlarımızın azadlığının təsdiqlənməsi yolunda – Avropaya doğru nəhəng addımdır”.
Xatırladaq ki, aprelin 6-da Avropa Parlamenti Ukrayna ilə viza rejiminin ləğvi barədə qərar qəbul edib. Aprelin 26-da Aİ ölkələrinin səfirləri bu qərarı təsdiqləyib.
Emtv.az