SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Deyirlər ki, haram pulla “Porsche” alıb” – Oğlu qəzada ölən baş həkim

10-05-2017, 11:18 | Oxunub: 6 684 |

“Deyirlər ki, haram pulla “Porsche” alıb” – Oğlu qəzada ölən baş həkim
Mayın 6-da gecə saatlarında Tovuzda dəhşətli yol qəzasında dünyasını dəyişən polis Zakir Qəhrəmovun anası, “Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanova oğlunun “Porsche” ilə törətdiyi qəzadan danışıb.

Emtv.az xəbər verir ki, M.Qəhrəmanova unikal.org-a açıqlamasında hadisə və oğlu haqqında yazılan qeyri dəqiq informasiyalarla bağlı danışıb. Övladı dünyasını dəyişən həkim bildirib ki, Zakir hər zaman dövlətə şərəflə xidmət edib: “Saytlar yazır ki, Zakir əslən tovuzludur. Bu, yanlış məlumatdır. Sadəcə onun təyinatı Tovuza verilmişdi və orada çalışırdı. Atası çoxdan rəhmətə gedib. O da “karennoy” bakılı idi. Oğlumun iki hüquq təhsili var idi. 6 ay ərzində rütbəsini aldı. 8 ay Tovuzda xidmət etdi. Sonradan təyinatını Hacıqabula verdilər ki, ailəsinə, uşağına yaxın olsun. Oğlum hər zaman dövlətinə şərəflə xidmət edib. Rayonda öz qabiliyyəti, tərbiyəsi ilə hörmət qazanmışdı. Tovuzda hər kəs onu yaxşı tanıyırdı. Onun haqqında sosial şəbəkələrdə ağızlarına gələni yazırlar. Ana olaraq bu mənə çox pis təsir edir. Bəzən polislər haqqında yersiz ifadələr işlədirlər. Bu vaxta qədər Zakir bir adamdan pul almayıb. Yazırlar ki, haram pullarla maşın alıb, anası, ailəsi Əliyevçidir, dövlətə xidmət edirlər. Dövlətə xidmət etmək hər birimizin borcudur. Yazılan yersiz şərhlər bizdə çox qıcıq yaradır. Heç kim bilmir sabah başına nə gələcək. Mən övladlarımı atasız, əziyyətlə böyütmüşəm. Zəhmət çəkmişəm, işləmişəm, balalarıma haram tikə yedirməmişəm”.

Məlahət Qəhrəmanova qeyd edib ki, kimlərinsə artıq ittihamı yersizdir: “Millət vəkillərimiz, hər kəs gəlib başsağlığı verdi. Mən hamınıza göstərdiyiniz diqqətdən dolayı təşəkkür edirəm. Heç nə oğlumu geri qaytara bilməz. İnsanların ağzını yuma bilmərik. Tanıyanlar bilir, tanımayanlar ağzına gələni danışacaq. Yazırlar ki, polis maaşı ilə “Porsche”ni necə alıb? Oğlum polis sistemində işləməzdən əvvəl maşını var idi. Mən ona maddi dəstək olurdum. Bizim millət niyə axı bir-birini məlumatı olmadan ittiham edir?”.

Müsahib hadisə nəticəsində xəsarət alanlar barədə də danışıb: “Qəza avtomobildəki nasazlıq ucbatından baş verib. Oğlumun yanında olan uşaqların ikisi sağdır. Səhv etmirəmsə, birinin vəziyyəti ağırdır, hazırda hospitaldadır. Digəri isə komadadır. Allah onlara şəfa versin. Bütün günü Allaha dua edirəm ki, o uşaqlar yaşasın, onları görüm. Həmin uşaqlardan biri polisdir. Hadisədən bir neçə saat əvvəl oğlum dostları ilə birgə qardaşımın yanında olublar. Deyiblər, gülüblər. Sonra da bu hadisə baş verib”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR