18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Fərda qalmaqallı konserti haqda: "Hamıdan üzr istəyirəm"
Xəbər verdiyimiz kimi, yumor ustası Fərda Xudaverdiyevin "Selfinaz" konsertində qalmaqal baş verib.
Əvvəlcə təşkilatçılar media nümayəndələrinə çəkiliş üçün icazə verməyib, onları çölə çıxarıblar.
Daha sonra sualları cavablandıran F.Xudaverdiyev söyüş söyüb.
Aktyor saytımıza açıqlama verərək, konsertdə baş verənlərə görə üzr istəyib:
"Aprel başlayandan "Yanlış anlama" filminin çəkilişlərindəyəm. Gündüz film çəkilişində oluram, gecələr isə bu konsertə hazırlaşırdım. Evimə getməyə belə vaxtım olmurdu. Çox insanı dəvət etmədiyim üçün məndən incidi. Mənim bir çox şeyləri düşünməyə vaxtım yox idi. Təşkilatçılar tərəfindən jurnalistlərə qarşı edilən hərəkətdən xəbərim olmayıb. Mən heç bir media nümayəndəsinin qolundan tutub bayıra çıxartmaram. Konsertimdə baş verən bütün xoşagəlməz hallara görə üzr istəyirəm. Təşkilatçıların kobudluğuna görə mən üzr istəyirəm və deyirəm ki, bu söhbəti bağlasınlar. Kimlər bu gecəyə mənə görə gəlib, hamıya təşəkkür edirəm".
Emtv.az