SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

AZƏRİQAZ 1-Cİ VİTSE-PREZİDENTİN TAPŞIRIĞINA ƏMƏL ETMƏDİ RÜŞVƏT XİDMƏTİ ÖZBAŞINALIĞININ SON HƏDDİ Tarix: Bu gün, 11:17

5-05-2017, 13:24 | Oxunub: 15 189 |

AZƏRİQAZ 1-Cİ VİTSE-PREZİDENTİN TAPŞIRIĞINA ƏMƏL ETMƏDİ RÜŞVƏT XİDMƏTİ ÖZBAŞINALIĞININ SON HƏDDİ Tarix: Bu gün, 11:17
Mətbuata daxil olan bu şikayət məktubunu sizə təqdim edirik.Şikayətçi yazır:
Ölkədə xidmət adına reketlik, özbaşınalıq elə həddə çatıb ki, dövlətin 1-ci şəxslərinin tapşırıqlarına da əməl edilmir. Prezident hər çıxışında məmurun xalqa xidmət etməli olduğunu bildirir, 1-ci vitse-prezident müvafiq qurumlara tapşırıqlar verir, di gəl, özbaşınalığa nəinki son qoyulur, əksinə, daha da “quduzlaşır”.

Nizami rayonunda yaşayan 1-ci qrup Qarabağ əlilinə reabilitasiya məqsədilə Heydər Əliyev fondunun Prezidenti , ölkənin 1-ci xanımı Mehriban xanım Əliyevanın tapşırığı ilə 10 il qabaq yer ayrılıb və fondun hesabına qeyri –yaşayış otağı tikilib . Di gəl, onuncu ildir müvafiq qurumlar otağı sosial infrastrukturla təmin etməkdən imtina edirlər .Yalnız “Azərişıq” ödənişsiz xidmət göstərib ,”Azərsu” ,”Azəristilik” və “Azəriqaz” isə hələ də xidmət yox, ...reketlik, özbaşınalıq edir. Onuncu ildir bu qurumlar ölkənin 1-ci şəxslərinin göstərişlərini , imzaladıqları qanun-qərarlarını qulaqardına vurur ,qarınlarına uyğun izah edirlər .Nə Ombudsman ,nə İqtisadiyyat Nazirliyi, nə də digər bağlantılı qurumlar əlil , istehlakçı , sahibkarlıq, insan hüquqlarının kobud pozuntusuna görə tədbir görür . Özbaşınalığa baxın, “Azərsu” və “Azəristilik” 7 illik yazışmadan sonra 3 ildir texniki şərt versə də , texniki şərtə əsasən üzərinə düşən işləri görmür ,”Azəriqaz” isə ümumiyyətlə texniki şərt verməkdən imtina edir !(???) Özü də “Azəriqaz” özü qazlaşdırma üçün texniki şərt alınmasının vacibliyini bildirib . Şikayətçi daha sonra teref.infoya yazır ki, “Azəriqaz” İB Baş direktorunun əsaslı tikinti üzrə müavini Elman Abbasov layihə-smeta və ekspertiza şöbəsinin rəis müavini R.Rəhimovun icraçılığı ilə 15 oktyabr 2014 tarixli ARDNŞ/14-2900/15/07-000051 saylı məktubla Nazirlər Kabinetindən (NK) SOCAR-a daxil olan göstərişə əsasən bildirib ki, “qeyri-yaşayış sahəsinin qazlaşdırılması məqsədilə texniki şərtin alınması üçün müvafiq sənədlər təqdim edilməklə “Azəriqaz” İB-nə müraciət olunmalıdır”.

Sənədlər təqdim olunduqdan ayyarım sonra Elman Abbasov layihə-smeta və ekspertiza şöbəsinin rəisi Harun Vahabovun icraçılığı ilə 27 noyabr 2014 tarixli məktubla bildirib ki, qeyri-yaşayış sahəsində (sosial obyektdə) qaz sayğacı əlilin vəsaiti hesabına quraşdırılmalıdır . Əlilin “Əlillərin sosial müdafiəsi haqqında” ,”Qaz təchizatı haqqında” qanunları , NK-nın “Qazdan istifadə qaydaları haqqında” qərarını diqqətə çatdırması Elman Abbasovla Harun Vahabovu necə qəzəbləndiribsə , cəmi 3 gün sonra 01 dekabr 2014 tarixli məktubla “ qeyri-yaşayış sahəsinin qazlaşdırılmasına yol verilmədiyi” bildirilib və 3 ildir həftədə-ayda bir yol bu rüşvətdən, korrupsiyadan soraq verən cavab “Azəriqaz”a qeyri-yaşayış otaqlarının qazlaşdırılmasına vəsait ayrılmaması , sayğacların baha başa gəlməsi və s. ilə “əsaslandırılır” . Binanın çölündə quraşdılacaq məişət qaz qurğusu olan KOMBİ qurğularının qeyri-yaşayış otağını qızdırdıqda “sənaye qaz qurğusuna çevrilməsi” də belə “əsas”lardandır . Energetika Nazirliyinin, Hesablama Palatasının (auditor Nazim Həsənov) məktublarına da Elman Abbasov eyni cavabı verməklə pulsuz bir addım da atmayacağını ortaya qoyub . Belə çıxır , istehlakçının hesabına qazlaşdırma olar, amma qanunla qaz idarəsinin hesabına olanda qazlaşdırmaya qanun yol vermir?!(??)

Heydər Əliyev fondunun Prezidenti Azərbaycan Respublikasının 1-ci viotse-prezidenti təyin olunandan sonra özbaşınalığa son qoyulacağına inamı Elman Abbasovun layihə-smeta və eksperiza şöbəsinin rəisi Azər Paşayevin (rəis dəyişsə də özbaşınalq dəyişməyib-M.B.) icraçılığı ilə imzaladığı 26 aprel 2017 tarixli məktub heç edir :Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin 19.04.2017-ci il tarixli 12/1-B/1106 nömrəli ...tapşırığına əsaən ...qeyri-yaşayış sahəsinin (sosial obyektin) qazlaşdırılması və qaz sayğacının quraşdırılması barədə müraciətə “Azəriqaz” İB-də baxıldı. Bununla əlaqədar bildiririk ki, torpaq sahəsi qeyri-yaşayış sahəsinin tikintisi üçün deyil, qaraj tikitisi üçün ayrılıb .Qaraj qeyri-yaşayış sahəsi sayılmadığından onun qızdırılması üçün texniki şərtin verilməsi mümkün deyildir.”
Fikrimizcə, artıq nəsə demək də artıqdır . Adamı yandıran odur ki , 1-ci vitse-prezidentin tapşırığına əməl edilməməsi bir yana, hansısa birliyin tikinti üzrə müavini cavab verir !(??)


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR