SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

VAHİD ƏHMƏDOVDAN “MÖHTƏŞƏM DÖNÜŞ”… – Deputatın pensiya qanununa münasibəti niyə dəyişdi?

5-05-2017, 11:11 | Oxunub: 8 926 |

VAHİD ƏHMƏDOVDAN “MÖHTƏŞƏM DÖNÜŞ”… – Deputatın pensiya qanununa münasibəti niyə dəyişdi?
“Bilirsiz, 65 yaş həddi hələ qəbul edilməyib. Bu, hələ səslənən bir təklifdir. Sözügedən məsələ Milli Məclisdə müzakirəyə çıxarılan zaman biz də öz fikirlərimizi bildirəcəyik. Hesab edirəm ki, indiki vəziyyətdə 65 yaş həddi çoxdur, əksinə 63 yaş normaldır. Şəxsən mən Azərbaycanda kişilər üçün 63, qadınlar üçün isə 60 yaş həddinin saxlanılmasına tərəfdaram”.

Bu fikirlər hörmətli millət vəkili Vahid Əhmədovun ölkə mətbuatında 2017-ci il martın 1-də dərc olunan müsahibəsindən götürülüb. Göründüyü kimi, cəmi 2 ay öncə, deputat haqlı olaraq, yeni pensiya qanununun xüsusilə də pensiya yaşının artırılmasına dair müddəasına qarşı fikirlər səsləndirirdi. Lakin 2 gün əvvəl, yəni sözügedən qanunun ölkə başçısı tərəfindən təsdiqlənməsindən sonra(!) hörmətli millət vəkili tamamilə başqa münasibət sərgilədi: “Azərbaycanda orta yaş həddi yüksəkdir və bu da 77-78 yaş həddi edir. Ona görə də Azərbaycanda pensiya yaş həddinin artırılması normaldır…”

Bəlkə də şərhə ehtiyac yoxdur. Ancaq onu da deməmək olmur ki, “gah nala, gah da mıxa” vuran millət vəkilləri, siyasətçilər, məmurlar olduqca, cəmiyyətdəki qeyri-müəyyənlik, çaşqınlıq və hətta mənəvi çürüklüyə aparan bir çox mənfi stereotiplər güclənəcək.

Onsuz da Milli Məclisdə fərqli fikir səsləndirən, müstəqil mövqe göstərməyə çalışan və bəzən də əhalinin ağrılı problemlərini qaldırmaqdan çəkinməyən deputatların sayı bir əlin barmaqlarının sayından o tərəfə keçmir. Və hörmətli Vahid müəllim də onlardan biri sayıla bilər. Ancaq onun da əvvəlcə haqlı olaraq tənqid etdiyi və əhalinin ahıl və kasıb təbəqəsinin vəziyyətini bir qədər də ağırlaşdıran pensiya qanununu sonradan normal kimi qələmə verməsi, yumşaq desək təəssüf doğurur və bizim cəmiyyət olaraq necə ağır bir mənəvi deqradasiyaya uğradığımızı bir daha ortaya qoyur.

Nə baş verdi, niyə həqiqəti deməkdən çəkinir Vahid müəllim? Doğrudanmı Dövlət Statistika Komitəsinin bildirdiyi kimi, Azərbaycanda kişilərin orta yaş həddi 78 (!) yaşa çatır və onlar 65 yaşda pensiyaya çıxandan sonra 12 il pensiya ala bilirlər? Beynəlxalq qurumlar ölkəmizdə orta yaş həddinin 70-72 olduğunu göstərir. Əhalinin sosial durumunun son 2 ildə ağırlaşdığını nəzərə alsaq, bu göstərici bəlkə daha da aşağı enib. Yeni qanunda pensiyanın baza hissəsi ləğv olunur və insanlarımız ümumilikdə fərdi hesablarına 16 min manata yaxın vəsait toplamalıdırlar ki, heç olmasa 110 manata yaxın pensiya ala bilsinlər.

Görəsən, elə Vahid Əhmədovun təmsil olunduğu şimal rayonlarımızda ahıl əhalinin neçə faizi fərdi hesabına bu qədər vəsait toplaya bilib? Yaşı 60-ı haqlayan vətəndaşlarımız indidən sonra neçə il və hansı yüksək maaşla işləməlidirlər ki, bu miqdarda vəsaiti toplaya bilsinlər? Kim onları işlə və yüksək maaşla təmin edir – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yoxsa Hadı Rəcəblinin rəhbərlik etdiyi komissiya?

Pensiyanın baza hissəsinin varlığı heç olmasa, insanlara DSMF-ə ödədiyi məbləğdən asılı olmayaraq, minimum pensiya almaq imkanı verirdisə, indi xüsusilə də kənd və rayon əhalisi bu imkandan məhrum edilir. Budur normal qanun, Vahid müəllim? Niyə açıq demirsiz ki, hökumət yaşlı və sosial təminatı aşağı olan əhalinin yükünü çəkmək istəmir və öz üzərindən atır! Bəlkə bunu deməyə görə sizi deputat mandatından məhrum edə bilərlər?

Yaxşı, yaş həddini qoyaq bir tərəfə. Hörmətli Vahid Əhmədov və digər deputatlar bircə dəfə hökumət təmsilçilərindən soruşubmu ki, 2 ardıcıl devalvasiyadan sonra pensiyaların və əmək haqlarının indeksasiyası niyə aparılmayıb? Niyə manatın dəyərdən düşməsi və qiymətlərin bahalaşması pensiya və əmək haqlarının səviyyəsində özünü göstərmir?
VAHİD ƏHMƏDOVDAN “MÖHTƏŞƏM DÖNÜŞ”… – Deputatın pensiya qanununa münasibəti niyə dəyişdi?
Bu qanunun çatışmazlıqları və əhalinin sosial durumuna mənfi təsiri barədə çox danışmaq və təhlillər aparmaq olar. Ancaq sözügedən qanun ətrafında baş verənlərin yuxarıda qeyd etdiyimiz kimi, təkcə sosial ədalətsizliyə yox, mənəvi çürüməyə də yol açdığı görünür. Milli Məclisdə oturanların, Vahid Əhmədov və Hadı Rəcəbli başda olmaqla, böyük qismi pensiya yaşını çoxdan haqlayıb. Onların yaşlı əhalinin durumunu hamıdan yaxşı bilməsi və anlaması lazım. Ancaq biz bunun əksini görürük.

Yeri gəlmişkən, bugün bir, sabah başqa mövqe bildirən Vahid Əhmədovdan fərqli olaraq, Hadı Rəcəbli daha stabil təsir bağışlayır, davamlı olaraq, “külüngü eyni nöqtəyə vurur.” Və heç kəs də ondan əhalinin bu və ya digər təbəqəsinin sosial durumunun yaxşılaşdırılmasına dair fikir, mövqe gözləmir. O kişi deyir ki, yaşından və başından asılı olmayaraq, getsin hərə öz başına bir çarə qılsın, divar hörsün, qoyun güdsün, soğan əksin və sair. Vahid müəllim isə özündən olsa, “balanslaşdırılmış siyasət” aparır. Loru dilə tərcüməsi “gah nala, gah da mıxa vurmaq” olan bu siyasətin nəticəsi də göz qabağındadır – indi bilmək olmur Vahid müəllimin hansı sözünə inanasan. Ən azından yaşı və təcrübəsi imkan verir ki, bu hörmətli deputatımız H.Rəcəbli və əmək nazirliyinin çaldığı havaya oynamasın. Çünki pensiya qanunu indiyə qədər ən çox və tez-tez dəyişikliyə uğrayan bir sənəddir. İndidən sonra da neçə dəfə dəyişəcəyi bəlli deyil. Nə qədər ki, yuxarıda adı çəkilən şəxs və qurumlar bu qanunun başına ip salıb fırlayacaqlar, pensiyaçılarımıza rahatlıq yoxdur.

Bəli, 2-3 ildən sonra qanunun yenidən dəyişməyəcəyinə heç kəs təminat verə bilməz. Qanun bu və ya digər səbəbdən dəyişə bilər, burada dəhşətli bir şey yoxdur. Qorxulu olan ictimai yükə malik və əhalinin hörmət bəslədiyi şəxsin mövqeyini tez-tez dəyişməsidir. “Quba hadisələri” zamanı V.Əhmədovun müsbət mənada oynadığı rol danılmazdır. O vaxt insanlar ona inandı və qulaq asdı. Məsələn, həmin hadisələr Hadı Rəcəblinin “seçildiyi” bölgədə baş versəydi, camaatın onun sözünə qulaq asacağını düşünmək müşkül görünərdi. Hadı Rəcəbli Vahid Əhmədov deyl. Lakin bu inamı və hörməti qazanmaq nə qədər çətindirsə, itirmək də bir o qədər asandır. Bunu yəqin ki, Vahid müəllim özü bizdən də gözəl bilir…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR