SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Quba alması Ermənistanı qarışdırdı – Yeni təfərrüatlar

5-05-2017, 10:51 | Oxunub: 5 861 |

Quba alması Ermənistanı qarışdırdı – Yeni təfərrüatlar
Böyük partiyada Azərbaycan almasının Ermənistana daşınması ilə əlaqədar işğalçı ölkədə araşdırmalar yeni müstəvidə davam etdirilir.

Ermənistanın baş prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, milli təhlükəsizlik xidmətinin məlumatları əsasında açılan cinayət işinin gedişində məlum olub ki, ölkə daxilinə Azərbaycanın kənd təsərrüfatı məhsulları, o cümlədən alma Gürcüstan yolu ilə daşınıb.

“Araşdırmalar nəticəsində aydın olub ki, məhsulların nəqli Ermənistan sərhədlərindən gömrük nəzarəti olmadan, gömrük işçilərinin rüşvət müqabilində məsələyə göz yumması şəraitində keçirilib”-açıqlamada deyilir.

Məlumatda o da bildirilir ki, araşdırmalar nəticəsində Baqrataşen gömrük məntəqəsinin əməkdaşlarının 2016-cı ilin dekabrından 2017-ci ilin aprelinədək vaxtaşırı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə rüşvət müqabilində ölkəyə meyvə və tərəvəz keçirilməsinə şərait yaratdıqları aydın olub. Faktla bağlı cinayət məcəlləsinin iki maddəsi ilə cinayət işi qaldırılıb və iş materialları Milli təhlükəsizlik xidmətinin nəzarətinə verilib. İstintaq orqanlarına bu istiqamətdə zəruri araşdırmaların aparılması tapşırılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR