SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Sərhəd xidmətinin əsgəri necə oldu ki, gömrük rəisinə çevrildi… – Müəmmalı yüksəlişin yaratdığı problemlər…

3-05-2017, 13:42 | Oxunub: 18 345 |

Sərhəd xidmətinin əsgəri necə oldu ki, gömrük rəisinə çevrildi… – Müəmmalı yüksəlişin yaratdığı problemlər…
Azərbaycanın Qazax rayon ərazisində Gürcüstan sərhədində yerləşən “Sınıq körpü” gömrük postunda vətəndaşların maşınla sərhədi keçməsi 72 saatdan bir həyata keçirilir.
Emtv.az xəbər verir ki, avropa.info-ya daxil olan məlumata görə sərhəd- keçid məntəqəsi təxminən bir aydır bu iş qrafiki ilə işləyir. Qrafikə əsasən, vətəndaşların sərhəd-keçid məntəqəsindən piyada keçidi isə 24 saatdan bir icra olunur.

Vətəndaşlar bu qaydaların Dövlət Gömrük Komitəsi tərəfindən deyil, məhz “Sınıq körpü” gömrük postunun rəhbərliyi tərəfindən qoyulduğunu deyir. Dövlət Gömrük Komitəsinə məsələ ilə bağlı dəfələrlə şikayət ünvanlansa da, heç bir tədbirin görülmədiyi bildirilir.

Yaranmış problemlə bağlı şikayət ünvanlayan İlham Musayev sərhəd-keçid məntəqəsində bu qərarın baş leytenant Vüsal İbrahimovun “Sınıq körpü” gömrük postuna rəis müavini təyin olunmasından sonra tətbiq olunduğunu deyir.

İşin maraqlı tərəfi isə Vüsal İbrahimovun bundan öncə “Sınıq körpü” gömrük postunda Dövlət Sərhəd Xidmətinin əsgəri kimi xidmət etməsidir.
Vüsal İbrahimov sərhədçi kimi hərbi xidmətini başa vurduqdan sonra heç bir təcrübəsi olmadan gömrük postunda rentgen cihazına nəzarət etmək üçün təyinat alıb.


Burada iki ay işləyəndən sonra Vüsal İbrahimov “Sınıq körpü” gömrük postuna rəis müavini təyin olunub. İ. Musayev gömrük postu ilə bağlı qərarın Tovuz rayonunun gömrük idarəsinin rəisi Mehman Sadıqov, “Sınıq körpü” gömrük postunun rəisi Nazim Sultanov və onun müavini Vüsal İbrahimov tərəfindən verildiyini deyib.

Şikayətçilər gömrük postunda, həbsxanalarda olduğu kimi, dəmir barmaqlıqların quraşdırıldığını deyir. Vətəndaşlar bu problemin ən qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumların tədbir görməsini istəyir.

Sərhəd xidmətinin əsgəri necə oldu ki, gömrük rəisinə çevrildi… – Müəmmalı yüksəlişin yaratdığı problemlər…
Sərhəd xidmətinin əsgəri necə oldu ki, gömrük rəisinə çevrildi… – Müəmmalı yüksəlişin yaratdığı problemlər…
Sərhəd xidmətinin əsgəri necə oldu ki, gömrük rəisinə çevrildi… – Müəmmalı yüksəlişin yaratdığı problemlər…
Sərhəd xidmətinin əsgəri necə oldu ki, gömrük rəisinə çevrildi… – Müəmmalı yüksəlişin yaratdığı problemlər…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR