SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan bayrağını saymayan Goranboy icra başçısı – FOTO

3-05-2017, 13:37 | Oxunub: 8 837 |

Azərbaycan bayrağını saymayan Goranboy icra başçısı – FOTO
İcra başçısı düşməni bizə niyə güldürür?

Qarabağ müharibəsi zamanı ermənilərin dəfələrlə hücumuna məruz qalsa da, qəhrəmanca müdafiə olunan bu kəndi işğal etmək düşmənə nəsib olmadı. Söhbət Goranboyun Tap Qaraqoyunlu kəndindən gedir.

Bu kəndin 38 sakini vətən uğrunda canından keçib. Tap Qaraqoyunlu bu gün də cəbhənin ən qaynar nöqtələrindəndir. Demək olar ki, hər gün düşmən atəşkəsi bir neçə dəfə pozaraq kəndi gülləbaran edir. Buna baxmayaraq, sakinlər öz yurd-yuvalarını tərk etmir və düşmən qarşısında dimdik ayaqda dururlar.

2010-cu il oktyabrın 14-də Tap Qaraqoyunluda Azərbaycan ərazisində ikinci ən böyük bayrağın açılışı olub. Dövlət Neft Şirkətinin vəsaiti hesabına ərsəyə gələn bayrağın uzunluğu 18 metr, eni 9 metr, dayaq hündürlüyü isə 65 metrdir. Ölkənin yenilməz simvolu olan bu bayraq işğal altında olan ərazilərimizdən aydın şəkildə görünür, daha doğrusu görünürdü. Hazırda bayraqdan geriyə sadəcə dayaq qalıb.

Düşmənə göz dağı verən üçrəngli bayrağımız indi bir növ özümüzün göz dağına çevrilib. Artıq bir müddətdir ki, bayraq yerində yoxdur. Boş qalan dayağa yeni bayraq asmaq isə icra başçısı Nizaməddin Quliyevin ya yadına düşmür, ya da özünü əziyyətə salmaq istəmir.

Təbii ki, bu vəziyyət düşmənin də diqqətindən yayınmır. Hər gün Tap Qaraqoyunlunu atəş altında saxlayan erməni ordusu da yəqin ki, buna sevinir. Və nə vaxta qədər Nizaməddin Quliyev kimi məmurlarımız var, o vaxta qədər düşmənlərimiz də bizə gülməyə davam edəcək.

Nədir Nizaməddin Quliyevin məqsədi? Günlərdir boş qalan dirəyə bir bayraq asmaq bu qədərmi çətindir? Dövlətin milli atributlara diqqəti göz önündədir. Hətta ölkəmizdə Bayraq günü belə təsis edilib. Bəs nədir bayrağımızın nizaməddinquliyevlərdən çəkdikləri? Dövlətə, milli atributlarımıza hörmətsizliyin səbəbi, məqsədi nədir?
Azərbaycan bayrağını saymayan Goranboy icra başçısı – FOTO
Məlumat üçün qeyd edək ki, ötən ayın sonlarında Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov işdən çıxarılmışdı. Səbəbi isə rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsi cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması göstərilmişdi. Bir sözlə, bayrağa hörmətsizliyin cəzası da ən azı bu olmalıdır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR