17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Cərimələrdən yığılan pulların müəmmalı taleyi
Ötən gün “Yol hərkəti haqqında” qanunun 23-cü maddəsinə əlavə edilən dəyişikliklər qüvvəyə minib.
Emtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Ekspert Ərşad Hüseynov dəyişiklikləri qafqazinfo-ya şərh edib. O qeyd edib ki, əvvəllər vəsait büdcədə ayrıca hesaba daxil olurdu: “Onsuz da, o pulu faktiki olaraq Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyinin icazəsi ilə xərcləyirdi. İndi isə necə olacağı hələ aydın deyil”.
Ə.Hüseynov, həmçinin vurğulayıb ki, müvafiq icra hakimiyyəti orqanlarının tətbiq etdiyi cərimələrin və maliyyə sanksiyalarının həmin orqanların işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədinə yönəldilməsi yaxşı heç nə vəd etmir: “Belə yanaşma istər-istəməz həmin orqanların əməkdaşlarının cərimə tətbiqində daha israrlı olmasına səbəb olacaq. Hüquq tətbiqetmə təcrübəsindəki problemləri, məsuliyyətə cəlb etmə zamanı hüquqi təminatların, xüsusən ədalətli məhkəmə təminatının zəifliyini nəzərə alanda perspektiv pis görünür”.
Emtv.az