SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın 40 milyardlıq layihəsinə qarşı təxribat: işçilər daşa basılıb, söyülüb…

3-05-2017, 11:31 | Oxunub: 6 064 |

Azərbaycanın 40 milyardlıq layihəsinə qarşı təxribat: işçilər daşa basılıb, söyülüb…
İtaliyanın cənubundakı Salento bölgəsində Transadriatik Qaz Kəmərinin tikintisini əngəlləmək üçün təxribatlar davam edir. TAP şirkəti bir gün əvvəl gecə saatlarında kəmərin tikintisinin aparıldığı və mühafizə olunan əraziyə “No TAP” komitəsinin yüzlərlə aqressiv üzvünün hücum etdiyini bildirib.
Şirkətin bildirdiyinə görə, aqressiv etirazçılar tikinti ərazisini mühafizə edən mühafizəçiləri söyüb, dəmir hasarın arxasından təhdid edib və daşa basıb. Atılan daşlar insanlara dəyməsə də avtomobillərə zərər yetirib.


Habelə etirazçılar özləri ilə gətirdikləri iş alətləri ilə ərazini mühafizə etmək üçün çəkilmiş dəmir barmaqlıqlardan 35-ni kəsib, onlardan 5-ni özləri ilə aparıb. Mühafizəçilərdən biri baş verənləri smartfona çəkib və TAP şirkəti həmin kadrları aqressiv qrupun əməllərinin sübutu kimi yayıb. Şirkət “No TAP” komitəsini İtaliya dövlətinin qanunlarına qarşı cəngəllik qanunları tətbiq etməkdə, aqressiya və zorakılığa əl atmaqda ittiham edib.

Xatırladaq ki, “No TAP” komitəsi İtaliya parlamentində yerlərin 22 faizinə nəzarət edən, şoumen Beppe Grillonun başçılıq etdiyi “5 Star” hərəkatı tərəfindən yaradılıb. Komitə kəmərin ətraf mühitə və Melandunyonun çoxillik zeytun bağlarına ziyan vuracağını iddia edərək neçə vaxtdır TAP-a qarşı aksiyalar keçirir, müxtəlif təxribatlara əl atır. Bu hərəkatın Rusiya ilə bağlılığı çoxdan məlumdur.

“No TAP” komitəsi və yerli bələdiyyə kəmərin keçdiyi ərazidə 200-dən çox çoxillik zeytun ağacının köçürülməsini əngəlləyə bilmişdi. Lakin bu günlərdə işlər yenidən başlayıb, çünki məhkəmə şirkətin ağacların köçürməsinin qanuni olduğu haqda qərar çıxarıb.
TAP kəməri Azərbaycan qazının Avropa bazarlarına çıxarılması üçün həyata keçirlməkdə olan Cənub Qaz Dəhlizinin bir hissəsidir. Bu, Avropanın energetika təhlükəsizliyinə və qaz təchizatı mənbələrinin şaxələndirilməsinə yönəlmiş strateji əhəmiyyətli layihədir. Dəhlizlə ildə 10 milyard kubmetr “Şahdəniz” qazının Avropaya nəqli nəzərdə tutulur. Dəhlizin yaradılması və “Şahdəniz” yatağının ikinci fazasının açılması layihəsinin ümumi dəyəri 40 milyard dollar dəyərləndirilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR